Gələn il bu müavinətlər artırılacaq
13 Noyabr 2026, 14:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2431
09.03.2021, 22:49
Keçməyən aclıq hissinin və çoxlu yemək yemə istəyinin səbəblərini diyetoloq Serkan Sıtkı Şahin açıqlayıb.
Oxu24.com Türkiyə mediasına istinadla diyetoloqun açıqlamasını təqdim edir:
Özünüzü ac hiss etdiyinizdə baş ağrısı hiss edə, əsəbiləşə və ya fikrinizi bir yerə cəmləməyə bilərsiniz.
Bundan sonra davamlı olaraq aclıq hiss etdiyinizdə bu səbəbləri araşdırın.
1. Kifayət qədər zülal (protein) qəbul etməmək
İştahı idarə etmək üçün kifayət qədər zülal istehlak etmək əhəmiyyətlidir. Zülal gün boyunca avtomatik olaraq daha az kalori istehlak etmənizə kömək edir və aclığı azaldan xüsusiyyətlərə malikdir. Bunu doymağı xəbərdar edən hormonların istehsalını artıraraq və aclığı xəbərdar edən hormon səviyyələrini azaldaraq təmin edər. Ona görə də kifayət qədər zülal istehlak etməmisinizsə, tez-tez aca bilərsiniz.

Qidaların çoxunun tərkibində zülal vardır. Zülallı qidanı pəhrizə daxil etmək o qədər də çətin deyil. Hər payda bir az zülalla zəngin qida qəbul etmək aclığın qarşısını almağa kömək edəcək. Qırmızı ət, ev heyvanları, balıq və yumurta kimi heyvan mənşəli qidalar yüksək miqdarda zülal ehtiva edər. Eyni zamanda süd və qatıq kimi bəzi süd məhsullarında, paxlalılar, yağlı toxumlar və tam taxıllar kimi bitki mənşəli qidalarda da zülal kifayət qədər vardır.

2. Kifayət qədər yata bilməmək
Nizamlı yuxu sağlamlığınız üçün son dərəcə əhəmiyyətlidir. Beyninizin və immunitet sisteminizin düz işləməyi üçün yuxu lazımdır. Yetərli qədər yatmaq ürək xəstəliyi və xərçəng də daxil olmaq üzrə bir neçə xroniki xəstəliyə tutulmaq riskini aşağı salır. Kifayət qədər yatmaq iştahı tətikləyən hormon olan qrelinin ifrazını nizamlayaraq iştahı nəzarətə almağa müsbət təsir edir. Az yuxu daha yüksək olan qrelinə təsir edir, buna görə yuxudan məhrum qaldığınızda aclıq hiss edə bilərsiniz.
Kifayət qədər yata bilmək toxluq hissini yaradan hormon olan leptinin də kifayət qədər ifraz olunmasına səbəb olur. Aclıq hissini cilovlamaq üçün ümumiyyətlə hər gecə ən az 8 saat nizamlı yuxu yatmalısınız.
14:17 / 13 Noyabr 2026
1
14:12 / 13 Noyabr 2026
28
14:05 / 13 Noyabr 2026
46
14:00 / 13 Noyabr 2026
52
13:43 / 13 Noyabr 2026
86
13:41 / 13 Noyabr 2026
62
13:20 / 13 Noyabr 2026
66
13:05 / 13 Noyabr 2026
88
12:57 / 13 Noyabr 2026
79
12:45 / 13 Noyabr 2026
105
12:32 / 13 Noyabr 2026
135
12:20 / 13 Noyabr 2026
91
12:17 / 13 Noyabr 2026
92
12:08 / 13 Noyabr 2026
616
11:55 / 13 Noyabr 2026
106
11:45 / 13 Noyabr 2026
170
11:40 / 13 Noyabr 2026
102
11:21 / 13 Noyabr 2026
333
11:15 / 13 Noyabr 2026
106
11:12 / 13 Noyabr 2026
208
11:00 / 13 Noyabr 2026
127
10:50 / 13 Noyabr 2026
114
10:45 / 13 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.