Gələn il bu müavinətlər artırılacaq
13 Noyabr 2026, 14:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3741
09.03.2021, 21:00
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Azerforum.com Axar.az-a istinadən fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.54-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 164.1.54-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, №11, maddə 1356; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1242 nömrəli və 2021-ci il 29 yanvar tarixli 1265 nömrəli fərmanları) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndə “164.1.53-cü,” sözlərindən sonra “164.1.54-cü,” sözləri əlavə edilsin;
2.2. 1.1-3-cü maddədə “və 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda)” sözləri “, 22-1.3-cü (birinci və üçüncü hallarda) və 164.1.54-cü maddələrində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 266-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
14:17 / 13 Noyabr 2026
1
14:12 / 13 Noyabr 2026
28
14:05 / 13 Noyabr 2026
46
14:00 / 13 Noyabr 2026
52
13:43 / 13 Noyabr 2026
86
13:41 / 13 Noyabr 2026
62
13:20 / 13 Noyabr 2026
66
13:05 / 13 Noyabr 2026
88
12:57 / 13 Noyabr 2026
79
12:45 / 13 Noyabr 2026
105
12:32 / 13 Noyabr 2026
135
12:20 / 13 Noyabr 2026
91
12:17 / 13 Noyabr 2026
92
12:08 / 13 Noyabr 2026
616
11:55 / 13 Noyabr 2026
106
11:45 / 13 Noyabr 2026
170
11:40 / 13 Noyabr 2026
102
11:21 / 13 Noyabr 2026
333
11:15 / 13 Noyabr 2026
106
11:12 / 13 Noyabr 2026
208
11:00 / 13 Noyabr 2026
127
10:50 / 13 Noyabr 2026
114
10:45 / 13 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.