Gələn il bu müavinətlər artırılacaq
13 Noyabr 2026, 14:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1361
09.03.2021, 18:04
Bakı Şəhər İcra Hakimiyyəti yanında “Bakı Şəhər ƏsaslıTikinti və Təmir” MMC maliyyə dəyəri 520 min 88 AZN təşkil edən iki müqavilə imzalayıb.
Oxu24.com xəbər verir ki, “TFM-Smart Project” MMC ilə bağlanan müqavilələrdə Bakı şəhəri ərazisində paytaxt üzrə dövlət mənzil fonduna aid binaların təmiri və səki, həyət, park və bağların yenidən qurulması, təmiri və yaşıllaşdırılması işlərinin layihə-smeta sənədlərini hazırlanması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur.
Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılır. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir.
2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib.
Bu arada qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ötən ilin iyulunda da “TFM-Smart Project” MMC ilə müqavilə imzalayıb.
Maliyyə dəyəri 87 min AZN olan müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A (Cəfər Cabbarlı adına kinostudiyanın arxası) ünvanında 4 ha sahədə yeni parkın salınması üzrə layihə-semeta sənədlərinin hazırlanması nəzərdə tutulub.
14:24 / 13 Noyabr 2026
1
14:17 / 13 Noyabr 2026
75
14:12 / 13 Noyabr 2026
37
14:05 / 13 Noyabr 2026
58
14:00 / 13 Noyabr 2026
65
13:43 / 13 Noyabr 2026
92
13:41 / 13 Noyabr 2026
68
13:20 / 13 Noyabr 2026
69
13:05 / 13 Noyabr 2026
91
12:57 / 13 Noyabr 2026
81
12:45 / 13 Noyabr 2026
107
12:32 / 13 Noyabr 2026
139
12:20 / 13 Noyabr 2026
92
12:17 / 13 Noyabr 2026
93
12:08 / 13 Noyabr 2026
629
11:55 / 13 Noyabr 2026
107
11:45 / 13 Noyabr 2026
172
11:40 / 13 Noyabr 2026
104
11:21 / 13 Noyabr 2026
338
11:15 / 13 Noyabr 2026
114
11:12 / 13 Noyabr 2026
212
11:00 / 13 Noyabr 2026
130
10:50 / 13 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.