Milli Məclis mühüm məsələləri müzakirə edəcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4970
02.03.2021, 01:58
Bakı İslam Universitetinin məzunlarının diplomlarının dövlət nümunəli təhsil sənədləri ilə əvəz edilməsi barədə müraciətlər mövcuddur.
Oxu24.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, müraciətlərdə onlara məxsus diplom blanklarının yeni dövlət nümunəli təhsil sənədi ilə əvəz edilməsi barədə xahiş olunur. Nazirlikdə bu müraciətlər araşdırılıb və yeni diplom blanklarının verilməsindən imtina edilib:
"Bununla bağlı məhkəməyə müraciət edilib, hazırda həmin mübahisələr müvafiq məhkəmələr tərəfindən araşdırılır. Bildiririk ki, Bakı İslam Universiteti 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərib və tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb. Məzunlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən təqdim edilməyib. O cümlədən attestasiya komissiyasının sədrləri də Təhsil Nazirliyi tərəfindən təyin edilməyib. BİU-nə qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də, 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir".
17:46 / 13 Noyabr 2026
22
17:30 / 13 Noyabr 2026
46
17:18 / 13 Noyabr 2026
47
17:13 / 13 Noyabr 2026
95
17:07 / 13 Noyabr 2026
59
16:59 / 13 Noyabr 2026
67
16:51 / 13 Noyabr 2026
86
16:37 / 13 Noyabr 2026
112
16:29 / 13 Noyabr 2026
88
16:08 / 13 Noyabr 2026
211
16:00 / 13 Noyabr 2026
97
15:42 / 13 Noyabr 2026
337
15:37 / 13 Noyabr 2026
102
15:30 / 13 Noyabr 2026
102
15:01 / 13 Noyabr 2026
114
14:59 / 13 Noyabr 2026
249
14:50 / 13 Noyabr 2026
135
14:46 / 13 Noyabr 2026
116
14:33 / 13 Noyabr 2026
127
14:24 / 13 Noyabr 2026
619
14:17 / 13 Noyabr 2026
504
14:12 / 13 Noyabr 2026
124
14:05 / 13 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.