Qaynar xətt:

(+99450) 247 90 86

Sabunçuda oğurlanan avtomobil Bərdədə - DİN

Sabunçuda oğurlanan avtomobil Bərdədə - DİN

CƏMİYYƏT

1694

01.03.2021, 23:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edən Naxçıvan şəhər sakini A.Ağalarov fevralın 24-dən 27-dək olan müddətdə Bakıxanov qəsəbəsindən "Ford” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Cəlilov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktlarla bağlı rayon polis idarəsində araşdırma aparılır.