ƏMR İMZALANDI:Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
13 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1081
21.02.2021, 22:10
Son günlərdə Prezident yanında Əfv Komissiyasının bir neçə iclası keçirilib. Bu da mart ayında əfv sərəncamının imzalanacağı barədə ehtimalları artırıb. Komissiya üzvləri istisna etmirlər ki, Novruz Bayramı ərəfəsində sərəncam imzalana bilər.
Əfv Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev azpolitika.info-ya bildirib ki, bütün müraciətlərə hərtəfəli baxılır.
Onun sözlərinə görə də, komissiyanın iclaslarının başlanması növbəti əfv sərəncamının imzalanmasına gətirib çıxara bilər: "Ancaq sərəncamın imzalanması vaxtı cənab Prezident tərəfindən müəyyənləşdirilir. Çünki bu məsələ dövlət başçısının müstəsna konstitusion səlahiyyətidir”.
Əliməmməd Nuriyev müxtəlif tipli məhkumlar tərəfindən müraciətlərin təqdim olunduğunu söyləyib: "Mindən çox müraciət daxil olub, müxtəlif kateqoriyalı məhkumlar müraciət edib”.
Onun sözlərinə görə, müraciət edənləri qadınlar, kişilər, hərbçilər, mülki şəxslər, yaşlılar və cavanlar kimi təsnifatlaşdırmaq olar: "Bu məsələdə fərq qoyulmur, çünki hər kəs əfv üçün müraciət edə bilər. Böyük ictimai təhlükəli sayılmayan cinayət etmiş şəxslər məhkəmənin hökmü qüvvəyə minəndən, az ağır cinayət edənlər cəzanın üçdə birini çəkəndən, ağır, xüsusilə ağır cinayət edənlər cəzasının yarısını çəkəndən, ömürlük azadlıqdan məhrum olunmuşlar isə cəzasının 10 ilini çəkəndən sonra müraciət edə bilər”
Komissiya üzvünün vurğulamasına görə, məhkumların özləri, vəkilləri, hüquq müdafiəçiləri, cəzaçəkmə müəssisəsinin rəsmiləri və yaxınları müraciət etmək hüququna malikdirlər.
İmzalanacaq sərəncamda kimlərin olmasına gəlincə, Əliməmməd Nuriyev bildirib ki, bu barədə qəti qərarı cənab Prezident veriləcəyindən hər hansı məlumat söyləyə bilməz: "Məhz hər hansı şəxs barədə məlumatın verilməsi yolverilməzdir və nə etik qaydalara uyğundur, nə də konfidensiallığa”.
O, əqidəsindən, düşüncəsindən asılı olmayaraq bütün müraciətlərə baxıldığını deyir: "Müraciətlər hərtərəfli araşdırılır və müvafiq tövsiyyə xarakterli qərarlar qəbul edilib cənab Prezidentə təqdim olunacaq”.
22:18 / 13 Noyabr 2026
1
22:13 / 13 Noyabr 2026
30
22:03 / 13 Noyabr 2026
59
21:43 / 13 Noyabr 2026
483
21:36 / 13 Noyabr 2026
70
21:29 / 13 Noyabr 2026
95
21:24 / 13 Noyabr 2026
70
21:03 / 13 Noyabr 2026
86
20:58 / 13 Noyabr 2026
92
20:50 / 13 Noyabr 2026
972
20:41 / 13 Noyabr 2026
121
20:37 / 13 Noyabr 2026
94
20:35 / 13 Noyabr 2026
78
20:20 / 13 Noyabr 2026
99
20:09 / 13 Noyabr 2026
319
20:06 / 13 Noyabr 2026
93
20:05 / 13 Noyabr 2026
96
19:58 / 13 Noyabr 2026
321
19:53 / 13 Noyabr 2026
221
19:41 / 13 Noyabr 2026
127
19:38 / 13 Noyabr 2026
759
19:35 / 13 Noyabr 2026
112
19:30 / 13 Noyabr 2026
379
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.