Qaynar xətt:

(+99450) 247 90 86

Hava yenə xoşagəlməz "sürpriz" edəcək - RƏSMİ

2018-08/1534009065_ilfdirim.jpg

CƏMİYYƏT

1185

11.08.2018, 21:37

\"\" Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə əlaqədar xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Eyni zamanda avqustun 13-14-də, əsasən, dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.