Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir AİLƏ FACİƏSİ: Güllə bu dəfə BACIYA DƏYDİ

Daha bir AİLƏ FACİƏSİ: Güllə bu dəfə BACIYA DƏYDİ

CƏMİYYƏT

613

08.09.2020, 22:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Trabzon şəhərində qoyunlarını canavar hücumundan qorumaq istəyən gənc bacısını güllələyib.

Oxu24.com xəbər verir ki, 17 yaşlı Hakan.O çoban itinin hürdüyünə görə qoyunlarına canavar hücum etdiyini sanıb.

O, ov tüfəngini götürüb evdən çıxmaq istəyəndə yıxılıb və silahdan atəş açılıb. Nəticədə 37 yaşlı bacısı Nurdanə Kandəmir yaralanıb. Xəstəxanaya çatdırılan dörd uşaq anasının həyatını xilas etmək mümkün olmayıb.

Hakan.O məhkəmə qərarına görə, nəzarət şərti ilə sərbəst buraxılıb. Onun barəsində heç kim şikayətçi olmayıb.