Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
43
16.11.2026, 13:40
Bəzi hallarda tədbirlərin və müxtəlif gecələrin (“veçer”lərin) təşkili ilə bağlı əməkdaşlıq təklifləri və bu prosesdə bağlanan müqavilələr ictimaiyyətin diqqətini çəkir. Belə layihələrin reallaşdırılması üçün müxtəlif şəxslərlə danışıqlar aparılsa da, əməkdaşlıq zamanı hüquqi məsələlərin arxa plana keçirilməsi ciddi risklər yaradır. Xüsusilə notariat qaydasında təsdiqlənən sənədlərin əmək müqaviləsini əvəz edib-etməməsi və bu müqavilələrin hüquqi etibarlılığı cəmiyyətdə suallar doğurur. Vətəndaşlar bəzən notarius təsdiqinə arxayın olaraq sənədin məzmununu dərindən araşdırmırlar. Lakin bu cür yanaşma sonradan tərəflər arasında həm maddi itkilərə, həm də uzunmüəyyətli hüquqi mübahisələrə yol aça bilir. Müqavilələrin ləğv olunma şərtlərinin qeyri-müəyyənliyi və mümkün dələduzluq riskləri isə məsələni daha da aktuallaşdırır. Bəs vətəndaşlar belə əməkdaşlıq təklifləri ilə qarşılaşarkən hansı bəndlərə xüsusi diqqət yetirməlidirlər?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı sualları cavablandıran vəkil Elnur Məmmədov bildirib ki, tədbirlərin təşkili ilə bağlı əməkdaşlıq təklifləri zamanı vətəndaşlar ilk növbədə bağlanan müqavilənin hüquqi mahiyyətinə və tərəflərin öhdəliklərinə diqqət yetirməlidirlər.
Onun sözlərinə görə, müqavilədə görüləcək işin həcmi, ödənişin məbləği və qaydası, ödəniş müddəti, tərəflərin məsuliyyəti, müqavilənin müddəti və ləğv edilmə şərtləri aydın göstərilməlidir.
"Xüsusilə qeyd edilməlidir ki, müqavilənin notariat qaydasında təsdiqlənməsi onun məzmununun qanuniliyinə və tərəflərin aldadılmayacağına tam təminat vermir. Əgər münasibət əmək münasibəti xarakteri daşıyırsa, əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq elektron informasiya sistemində rəsmiləşdirilməli və gücləndirilmiş elektron imza ilə imzalanmalıdır. Notariat qaydasında təsdiqlənmiş sənəd özlüyündə əmək müqaviləsinin qanuni rəsmiləşdirilməsini əvəz etmir", - deyə vəkil vurğulayıb.
Elnur Məmmədov əlavə edib ki, müqaviləni imzalamazdan əvvəl qarşı tərəfin kimliyi və səlahiyyəti mütləq yoxlanılmalıdır:
"Əvvəlcədən pul tələb edilməsi, qeyri-müəyyən öhdəliklər və əsassız cərimə şərtləri xüsusi diqqətlə qiymətləndirilməlidir. Heç bir halda oxumadan sənəd imzalamaq və ya şəxsi elektron imzanı başqasına etibar etmək olmaz. Əsas prinsip müqavilənin notariusda təsdiqlənməsi deyil, onun qanunvericiliyə uyğun tərtib edilməsi və tərəflərin hüquq və öhdəliklərini aydın müəyyənləşdirməsidir".
Qeyd edək ki, Qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilən əməkdaşlıq həm işəgötürənin, həm də icraçının hüquqlarının etibarlı müdafiəsinə zəmin yaradır.
Çimnaz Telmanqızı
13:47 / 16 Noyabr 2026
1
13:41 / 16 Noyabr 2026
33
13:38 / 16 Noyabr 2026
62
13:35 / 16 Noyabr 2026
50
13:22 / 16 Noyabr 2026
60
13:16 / 16 Noyabr 2026
174
13:10 / 16 Noyabr 2026
86
13:06 / 16 Noyabr 2026
53
13:03 / 16 Noyabr 2026
58
13:01 / 16 Noyabr 2026
64
12:49 / 16 Noyabr 2026
77
12:44 / 16 Noyabr 2026
719
12:42 / 16 Noyabr 2026
96
12:36 / 16 Noyabr 2026
115
12:32 / 16 Noyabr 2026
97
12:27 / 16 Noyabr 2026
265
12:18 / 16 Noyabr 2026
518
12:16 / 16 Noyabr 2026
98
12:12 / 16 Noyabr 2026
109
12:08 / 16 Noyabr 2026
118
12:04 / 16 Noyabr 2026
674
12:03 / 16 Noyabr 2026
89
11:58 / 16 Noyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.