Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3785
az

Ağcaqanad dişləməsindən yaxa qurtarmağın 10 yolu

01:0219 İyul, 2018
1168
CƏMİYYƏT
  • A
ğcaqanadlar... Yayla birgə gəlirlər və onların bizi dişləmələri də istilər kimi dözülməzdir.

Dişlədikləri yer dayanmadan qaşınır, dərimizdə ləkələrin əmələ gəlməsinə səbəb olur.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, hesablamalara görə, hər il 1 milyon adam ağcaqanad dişləməsinə görə həyatını itirir. Beləcə, ağcaqanadlar dünyada ən çox insan "öldürən" həşəratlar kimi tanınır. Bu yay ağcaqanadlardan yaxa qurtarmaq üçün 10 məsləhətim var.

1. Tünd rəngli paltarlar geyinməyin. Ağcaqanadlar tünd rənglərdə özlərini təhlükəsiz hiss etdiyindən paltarınız onları tez cəlb edəcək. Ağcaqanadların sizi dişləməsini istəmirsinizsə, ağ, sarı rəngli paltarlara üstünlük verin. Bu həşəratların ən sevdikləri rənglər qırmızı və qaradır.

2. Sarımsaq və soğan ağcaqanadların düşmənidir. Bu təbii antibiotiklər ağcaqanad dişləməsinə də faydalıdır. Həşəratın dişlədiyi yerlərə soğan və ya sarımsaq çəkin, yaralarınız tez sağalacaq. Müəyyən edilib ki, gün ərzində sarımsaq və ya soğan yeyən insanları ağcaqanadlar çox dişləmir.

3. Cib telefonunuz sizi ağcaqanadlardan qoruya bilər. Texnologiya inkişaf etdikcə, telefonumuz da ağcaqanad əleyhinə vasitə rolunu oynamağa qadirdir. Mütəxəssislər bəzi proqramlar yaradıb. O proqramlar istifadəyə verildikdə, asanıqla telefona yükləmək olacaq. Beləcə, xüsusi səs tezliyi ilə telefonunuz ağcaqanadları sizə yaxınlaşmağa qoymayacaq. 4. Bağçanız varsa, işə ordan başlayın. Yoxdursa, eyvanınızda yaşıllıq yaradın. Ağcaqanadlar sizdən uzaq duracaq. İdrisotu, ballınanə və pişiknanəsi ağcaqanad əleyhinə dərmanların xammalıdır. Həşəratlar bu bitkilər olan yerə yaxın gəlmir.

5. Pəncərəni açıq qoyub yatırsınızsa, diqqətli olun. Açıq pəncərə ağcaqanad üçün "dəvətnamə"dir. Bu qonaqlardan qorunmaq üçün pəncərənin önünə 1 stəkan sirkə qoyun. Sirkənin qoxusu ağcaqanadları yaxınlaşmağa qoymayacaq.

6. Yatarkən sizi ağcaqanadlardan qoruya biləcək bir bitki var. Bu, reyhandır. Baş ucunuza reyhan qoyub yatsanız, ağcaqanadlar sizi dişləməyəcək.

7. Polimer torbaya azacıq su tökün və onu lampanızın üstündən asın. Bu qeyri-adi üsulun vətəni Türkiyənin Qara dəniz bölgəsidir. Lampadan asılan bir torba su da ağcaqanadları həmin otaqdan uzaqlaşdırır. Bu üsulun elmi bir açıqlaması yoxdur.

8. C vitamini bol olan qidalar qəbul edin. Ağcaqanadlar C vitaminini də sevmir. Çünki, C vitamini insanın çox tərləməsinin qarşısını alır. Ağcaqanadlar insanı tərin qoxusuyla axtarıb tapır.

9. Təbii vasitə olmasa da, ağcaqanad əleyhinə dərmanlardan istifadə edin. Hər gün reklam olunan bu dərmanların tərkibində kimyəvi maddələr olduğunu da unutmayın. Mütəxəssislər dəriyə püskürdülən spreylərdən daha çox, elektrikə qoşulan vasitələrə üstünlük verməyi məsləhət görür.

10. Ağcaqanadların sevdiyi məkanlar durğun su hövzələridir. Yaşadığınız yerin yaxınlığında gölməçələr varsa, əvvəlcə onları qurudun. Ya da, pəncərəyə tor taxdırın. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...