Qaynar xətt:

(+99450) 247 90 86

Həkim: “İsti hava üç xəstəlikdən əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir”

Həkim: “İsti hava üç xəstəlikdən əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir”

CƏMİYYƏT

1130

04.07.2020, 21:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyalı həkim-angionevroloq Yevgeni Şirokovun sözlərinə görə, isti hava hipertoniya, ürək çatışmazlığı və ateroskleroz xəstələri üçün xüsusilə təhlükəli hesab olunur.

Oxu24.com oxu.az-a istinadən bildirir ki, qızmar günəş altında orqanizm çoxlu maye itirir və bunun yeri dərhal doldurulmalıdır.

Nəticədə, həmin vəziyyət ürəyin yüklənməsinə gətirib çıxarır.

"Ayaqlarda ödem yaranır, təngnəfəslik müşahidə olunur, arterial təzyiq artır. Bundan başqa, maye itkisi qanın qatılaşmasına səbəb olur", - deyə həkim xəbərdarlıq edir.

İsti hava ağciyərlərin xroniki xəstəliklərindən əziyyət çəkənlər üçün də təhlükəlidir. Buna səbəb tənəffüs hərəkətlərinin artması və ağciyərlərin təzyiqlə üzləşməsidir.