Polad Həşimovun anası evə buraxıldı
17 Noyabr 2026, 22:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
698
04.07.2020, 21:20
"Biz bu gün çox böyük təhlükə - yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma, onunla müharibə qarşısındayıq. Bu, adi müharibə deyil. Bizi böyük təhlükə qarşısında qoyan virus gözə görünmür, iyi, səsi yoxdur və onun bizi məhv etmək yolları haqqında məlumatsızıq. Hazırda bu virusa qarşı vaksin və müvafiq dərmanlar da mövcud deyil. Böyük, güclü dövlətlər belə onun qarşısında acizdir. Ən qorxulusu odur ki, koronavirus bizim yaşamağımızı, bədənimizi oksigenlə təmin edən ən həssas üzvünü - ağciyərləri zədələyir. İnsan qidasız 8-10, susuz 3-4 gün yaşaya bilər, lakin oksigensiz 5-10 dəqiqədən artıq yaşamır".
Oxu24.com Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadən xəbər verir ki, bunu Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rafiq Qasımov bildirib.
Alim qeyd edib ki, oksigen çatışmazlığı beyinin, qaraciyərin və başqa orqanların fəaliyyətini dayandırır və nəticədə insan həyatını itirir: "Ağciyərlər sıxılıb-açılma yolu ilə bizi əhatə edən mühitdən havanı qəbul edir, çox incə yollarla qana və qan damarları vasitəsilə bədənin yaşamasını təmin edən üzvlərə daxil edir. Oksigensiz həyat mümkün deyil. Ona görə də bu virusun ağ ciyərlərin fəaliyyətinə təsiri çox qorxuludur. Virusa qarşı mübarizə aparmaq üçün dərmanların olmamasını nəzərə alaraq, özümüzü və ətrafdakılarımızı ondan qorumalıyıq".
R.Qasımov dünyanı bürüyən pandemiyaya qarşı birgə mübarizə aparmaq üçün tibbi maska taxmağı, sosial məsafə saxlamağı, təmizliyə riayət etməyi və qapalı məkanlarda sıxlıq yaratmamağı tövsiyə edib.
22:08 / 17 Noyabr 2026
1
21:51 / 17 Noyabr 2026
38
21:38 / 17 Noyabr 2026
53
21:20 / 17 Noyabr 2026
61
21:11 / 17 Noyabr 2026
75
20:45 / 17 Noyabr 2026
77
20:39 / 17 Noyabr 2026
107
20:23 / 17 Noyabr 2026
98
20:12 / 17 Noyabr 2026
105
19:59 / 17 Noyabr 2026
110
19:51 / 17 Noyabr 2026
112
19:40 / 17 Noyabr 2026
190
19:39 / 17 Noyabr 2026
105
19:28 / 17 Noyabr 2026
782
19:21 / 17 Noyabr 2026
110
19:14 / 17 Noyabr 2026
117
19:09 / 17 Noyabr 2026
116
19:06 / 17 Noyabr 2026
280
18:57 / 17 Noyabr 2026
128
18:55 / 17 Noyabr 2026
127
18:50 / 17 Noyabr 2026
157
18:40 / 17 Noyabr 2026
533
18:38 / 17 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.