Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34563
az

Hava ilə bağlı  XƏBƏRDARLIQ

13:5004 İyul, 2020
866
CƏMİYYƏT
  • A

5 iyulda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, 5 iyulda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.  

5 iyulda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.  

Havanın temperaturu  gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə  isti olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Sabiq deputat Hüseyn Abdullayev 5,5 milyon manatı leqallaşdırmaqda təqsirləndirilir
Yaponiya Bankı uçot dərəcəsini 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldırıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib