Payızda immuniteti gücləndirməyin yolları
17 Noyabr 2026, 22:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
486
03.07.2020, 20:43
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.
Oxu24.com xəbər verir ki, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 5-6 iyul 2020-ci il tarixində Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, Gəncə, Masallı, Sumqayıt, Mingəçevir, Bərdə, Şəki regional “ASAN xidmət” mərkəzlərində yalnız www.asan.gov.az saytı və 108 “Çağrı” Mərkəzi üzərindən müvafiq tarixlər üçün öncədən növbə götürmüş vətəndaşlara xidmət göstəriləcək. Eyni zamanda, sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat verilən vətəndaşlar həmin mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər. Qeyd olunan tarixlərdə 108 “Çağrı” Mərkəzi və “ASAN xidmət” mobil tətbiqi vasitəsi ilə müvafiq mərkəzlər üçün onlayn növbələr verilməyəcək.
11, 12, 18, 19 iyul tarixlərində isə qeyd olunan mərkəzlərdə qeyri-iş günü olacaq.
Digər günlərdə isə vətəndaşlar müvafiq qaydalar əsasında mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər. Belə ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
22:18 / 17 Noyabr 2026
1
22:08 / 17 Noyabr 2026
79
21:51 / 17 Noyabr 2026
76
21:38 / 17 Noyabr 2026
81
21:20 / 17 Noyabr 2026
86
21:11 / 17 Noyabr 2026
97
20:45 / 17 Noyabr 2026
96
20:39 / 17 Noyabr 2026
112
20:23 / 17 Noyabr 2026
105
20:12 / 17 Noyabr 2026
116
19:59 / 17 Noyabr 2026
119
19:51 / 17 Noyabr 2026
121
19:40 / 17 Noyabr 2026
208
19:39 / 17 Noyabr 2026
111
19:28 / 17 Noyabr 2026
839
19:21 / 17 Noyabr 2026
116
19:14 / 17 Noyabr 2026
124
19:09 / 17 Noyabr 2026
121
19:06 / 17 Noyabr 2026
293
18:57 / 17 Noyabr 2026
133
18:55 / 17 Noyabr 2026
134
18:50 / 17 Noyabr 2026
164
18:40 / 17 Noyabr 2026
543
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.