Tələbə vəfat etdi
14 May 2026, 14:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
497
03.07.2020, 18:59
Azərbaycanda yay fəsli ilə bağlı iş sektorunda kütləvi məzuniyyətə çıxmalara başlanılıb. Koronavirus pandemiyasına görə beynəlxalq uçuşlar dayandırılıb, ölkənin sərhədləri bağlıdır, bu səbəbdən vətəndaşlar xaricə səfər edə bilmir.
Daxildə isə artıq 15 ərazi vahidində sərt karantin rejimi tətbiq edilir. Bu məqamda Bakıda işləyib rayon qeydiyyatı olan və məzuniyyətə çıxan şəxslər bölgələrə səfər edə bilərmi?
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı sərt karantin rejimində olduğu üçün girişə və çıxışa məhdudiyyətlər tətbiq edilir:
“Rayon qeydiyyatı olub Bakıda işləyənlərin də çıxışına məhdudiyyət tətbiq edilir. Çünki insanlar rayon qeydiyyatıdır deyə həmin bölgəyə gedir, sonra da Bakıda işlədiyi üçün paytaxta qayıdır. Bununla da karantin rejimində olan Bakıdan virusu digər bölgələrə yayır. Asimptomatik və ya xəstəliyi yüngül keçirənlər bu məsələdə daha təhlükəlidirlər. Ona görə də Bakıda işləyib qeydiyyatda olduğu rayona gedənlərə də məhdudiyyətlər tətbiq edilir.
Məzuniyyətə çıxan hər kəsin istədiyi rayona getməsinə icazə verilməyəcək. Bakıdan çıxışa yalnız zərurət olan hallarda, kənd təsərrüfatı ilə məşğul olanlar yaxud xidməti fəaliyyətlə bağlı ezamiyyətə gedənlərə icazə verilir. Çünki onlar xidməti fəaliyyətlə bağlı işlərini bitirib geri qayıdırlar, məzuniyyətə gedənlər isə oradakı ailə üzvləri, tanışları, dostları, bütün qohumları ilə ünsiyyətdə olurlar.
Bu da virusun sürətlə yayılması, yaşlı və xəstəliyi olanların ağır vəziyyətə düşməsi və koronavirus səbəbindən vəfat edənlərin sayının artması ilə nəticələnir. İnsanlar karantin rejimi dövründə bölgələrə səfər etməkdən çəkinməli, özünü mümkün qədər təcrid etməlidir”.
14:29 / 14 May 2026
9
14:23 / 14 May 2026
25
14:17 / 14 May 2026
96
14:12 / 14 May 2026
40
13:57 / 14 May 2026
577
13:51 / 14 May 2026
85
13:34 / 14 May 2026
56
13:32 / 14 May 2026
53
13:30 / 14 May 2026
49
13:27 / 14 May 2026
123
13:20 / 14 May 2026
62
13:08 / 14 May 2026
53
12:55 / 14 May 2026
57
12:44 / 14 May 2026
319
12:35 / 14 May 2026
66
12:28 / 14 May 2026
74
12:19 / 14 May 2026
401
12:03 / 14 May 2026
137
11:59 / 14 May 2026
76
11:46 / 14 May 2026
71
11:41 / 14 May 2026
256
11:38 / 14 May 2026
78
11:31 / 14 May 2026
507
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.