Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34501
az

Qadınların intim plastikası - Labioplastika

18:2103 İyul, 2020
425
CƏMİYYƏT
  • A

Son illərdə cinsi orqanlarda icra olunan plastik əməliyyatlar geniş tətbiq olunur. Genital plastik əməliyyatlar içində ən çox icra olunan labioplastika və vaginaplastikadır.

Labioplastika normaldan böyük və sallanmış vəziyyətdə olan cinsiyyət dodaqlarının estetik olaraq normaya gətirilməsidir.

Kiçik cinsiyyət dodaqlarının normaldan böyük  olması əksər qadınlarda anadangəlmə olur. Bu vəziyyət qadının cinsi inkişaf dövründə daha da ciddi vəziyyət alır. Bir cox qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından sonra yaranır.

Qadında androgenlərin (kişi hormonları) normadan çox olması da bir səbəb ola bilər.

Həmçinin bu problem doğuşlardan sonra daxili dodaqlarda yarana bilir.

Böyük və kiçik cinsiyyət dodaqlarında olan asimmetriklik, nahamarlılıq qadınlarda kompleks yaradır. Labioplastika etmək istəyən qadınlar əsasən doğuş etmiş qadınlardır. Amma pasientlərimiz arasında qız uşaqları da var. Adətən toy öncəsi bu kompleksden azad olmağa çalışırlar.

Labioplastika əməliyyatı 2 üsulla icra olunur: cərrahi və lazerlə. Labioplastika əməliyyatı ortalama olaraq 40 dəqiqəyə qədər icra olunur. Bəzi xəstələrdə bu əməliyyatla yanaşı digər əməliyyatlar da icra olunarsa, bu zaman əməliyyat müddəti uzanır.

Labioplastikada yerli anesteziya (yerli narkoz) məsləhət görülür. Labioplastika əməliyyatı hamiləlik üçün heç bir problem yaratmır və bəzi iltihabi problemlərin azalmasına gətirib çıxarır.

Labioplastika icra olunan qadınlarda gələcəkdə həm normal, həm də Keysər əməliyyatı ilə doğuş mümkündür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir
Bu 3 ədviyyat qanda şəkər və xolesterin miqdarını azaldır
Baydenin baş müşaviri Ağ Evi TƏRK EDİR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib