Qaynar xətt:

(+99450) 247 90 86

Bərbərxana və gözəllik salonları BAĞLIQ QALACAQ

Bərbərxana və gözəllik salonları BAĞLIQ QALACAQ

CƏMİYYƏT

607

02.07.2020, 21:10

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək.

Publika.az onları təqdim edir:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
- muzey və sərgi zallarının fəaliyyəti;

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.