Bu ərazilərdə işıq OLMAYACAQ
14 May 2026, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
633
02.07.2020, 14:20
Bakıda müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk edən vətəndaş şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini 8103-ə göndərsə də nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını yazmadığı üçün ona xəbərdarlıq olunub.
“Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı şəhəri ərazisində baş verib.
“YPX əməkdaşına 8103-ə göndərdiyim SMS-in təsdiq mesajını göstərdim. YPX əməkdaşı isə mənə bildirdi ki, əgər yaşayış yerimi avtomobillə tərk edirəmsə bu zaman şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməliyəm. Mən isə bu qaydanı bildmədiyimi, ilk dəfə eşitdiyimi dedim. Bundan sonra YPX əməkdaşı mənə bu dəfə xəbərdalıq etdiyini növbəti dəfə avtomobillə yaşadığım yeri tərk etmək istədiyimdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməli olduğumu bildirdi”.
Qeyd edək ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, hazırda 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur: "Sistemlə əlaqəli hər hansı bir yenilik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək. Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur".
Xatırladaq ki, Bakının küçə və prospektlərində polis postları ləğv edilməsi ilə bağlı ötən gün Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunurdu ki, küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək. Şəxsi avtomobili ilə hərəkət edən vətəndaşların 8103 vasitəsilə SMS icazə alıb-almamasının necə yoxlanılması məsələsi isə açıq olaraq qalır.
10:15 / 14 May 2026
1
10:14 / 14 May 2026
10
10:12 / 14 May 2026
11
10:11 / 14 May 2026
12
10:08 / 14 May 2026
17
09:32 / 14 May 2026
40
09:12 / 14 May 2026
50
00:25 / 14 May 2026
237
23:53 / 13 May 2026
364
23:36 / 13 May 2026
247
23:05 / 13 May 2026
907
23:05 / 13 May 2026
271
23:03 / 13 May 2026
112
23:00 / 13 May 2026
200
22:57 / 13 May 2026
101
22:55 / 13 May 2026
108
22:53 / 13 May 2026
84
22:38 / 13 May 2026
450
22:05 / 13 May 2026
264
21:30 / 13 May 2026
139
21:29 / 13 May 2026
167
21:22 / 13 May 2026
115
21:16 / 13 May 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.