Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı
14 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
700
01.07.2020, 19:20
Bu gündən etibarən siqaretlərin qiyməti 9-10 qəpik civarında bahalaşıb.
Topdan satış məntəqələrindən daxil olan məlumata görə, bahalaşma bütün növ siqaretlərin qiymətində baş verib.
“Azərbaycanda istehlak olunan bütün növ siqaretlər 9-10 qəpik bahalaşıb”, – deyə topdansatış məntəqələrindən bildirilib. Satış məntəqələrindən əldə etdiyimiz qiymət cədvəlində də bu özünü göstərir.
Bahalaşmanın səbəbi isə bəlli deyil. Bəzi satış məntəqələri isə bunu koronavirus pandemiyası ilə izah edirlər. Lakin pandemiyanın bəhanə olduğunu söyləyənlər də var.
Maraqlıdır ki, bahalaşmadan daha çox istehlakçılar deyil, pərakəndə satış məntəqələri narazılıq edir. Xüsusilə kiçik sahibkarlar bahalaşmanın onlara ciddi ziyan vuracağını deyirlər.
“İlin əvvəlindən bir dəfə bahalaşma olub. Həmin bahalaşmadan sonra biz siqaretləri topdansatış məntəqəəri ilə müqayisədə cüzi qiymət fərqilə satırdıq. Yəni,topdansatış məntəqələrindən aldığımız siqaretlərin üstünə qəpik-quruş qoyurduq. İndi qoyduğumuz pulu bir qədər də azaltmalıyıq. Bu isə o deməkdir ki, qazancımız azaltmalıyıq. Bu halda isə işləmək çətinləşəcək. Bunun vergisi, icra haqqı və s. ödənişləri var axı”, – deyə pərakəndə satışla məşğul olanlar bildirib.
Daha çox istehlak olunan siqaretlərin yeni qiymətlərini təqdim edirik. Məlumat üçün deyək ki, bu pərakəndə satış qiymətləridir və supermarketlərdə aparılan araşdırmalar nəticəsində tərtib edilib. Kiçik köşklərdə isə siqaretlər bundan da 5-10 qəpik baha qiymətə satılır.
Beləliklə, yeni qiymətlərlə tanış olun:
“Camel”– əvvəlki qiymət 3.2 manat, indiki qiymət 3.3 manat.
“Sobranie” – əvvəlki qiymət 3.2 manat, indiki qiymət 3.3 manat.
“Kent”(bütün növlər) – əvvəlki qiymət 3.2, indiki qiymət 3.3 manat.
“Winston”(bütün növlər) – əvvəlki qiymət 3, indiki qiymət 3.1 manat.
“Rothmans” (bütün növlər) – əvvəlki qiymət 2.3, indiki qiymət, 2.4 manat.
“Palmall” (bütün növlər) – əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.
“West” (bütün növlər)- əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.
“Winchester” (bütün növlər) – əvvəlki qiymət 2.3, indiki qiymət 2.4 manat.
Bu arada qeyd edək ki. dünyanın inkişaf etmiş ölkələrində siqaret kifayət qədər bahadır. Lakin bu, qazanc üçün deyil, insanları bu zərərli vərdişdən uzaqlaşdırmaq məqsədilə dövlət tərəfindən atılan addımdır.
Siqaretlərin ən baha satıldığı ölkə Avstraliyadır. Orada markasından asılı olmayaraq bir qutu siqaret 20.41 dollara satılır. Sonrakı ardıcıllıq belədir:
Yeni Zelandiya – 18.60 dollar
Norveç – 13,42 dollar
İrlandiya – 13,42 dollar
Birləşmiş Krallıq – 12,09 dollar
İslandiya – 11,27 dollar
Kanada – 10,55 dollar
Sinqapur – 10,35 dollar
İsrail – 9,97 dollar
Fransa – 9, 10 dollar
Türkiyə – 3,23 dollar
Rusiya – 2,13 dollar
00:25 / 14 May 2026
188
23:53 / 13 May 2026
304
23:36 / 13 May 2026
190
23:05 / 13 May 2026
660
23:05 / 13 May 2026
213
23:03 / 13 May 2026
94
23:00 / 13 May 2026
176
22:57 / 13 May 2026
84
22:55 / 13 May 2026
97
22:53 / 13 May 2026
77
22:38 / 13 May 2026
338
22:05 / 13 May 2026
222
21:30 / 13 May 2026
119
21:29 / 13 May 2026
145
21:22 / 13 May 2026
98
21:16 / 13 May 2026
157
21:15 / 13 May 2026
122
21:10 / 13 May 2026
93
21:09 / 13 May 2026
136
21:04 / 13 May 2026
182
20:58 / 13 May 2026
1117
20:42 / 13 May 2026
217
20:32 / 13 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.