Qaynar xətt:

(+99450) 247 90 86

Benzin bahalaşıb bu qiymətə oldu  -  SOCAR-dan açıqlama

Benzin bahalaşıb bu qiymətə oldu  -  SOCAR-dan açıqlama

CƏMİYYƏT

559

01.07.2020, 12:13

Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb.

"SOCAR Petroleum" şirkətindən Oxu24.com-a verilən məlumata görə, Aİ-95 markalı yanacaq 10 qəpik bahalaşaraq 1 manat 20 qəpik olub.

"Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır", - deyə şirkətdən qeyd ediblər.

Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1 manat 20 qəpikdən 1 manat 10 qəpiyə endirilmişdi.

Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.