Qaynar xətt:

(+99450) 247 90 86

Çarəsi tapıldı: Koronavirusu məhv etdilər - Dünyanı xilas edən üsul

Çarəsi tapıldı: Koronavirusu məhv etdilər - Dünyanı xilas edən üsul

CƏMİYYƏT

690

30.06.2020, 22:00

İsveçin və Cənubi Afrika Respublikasının elm adamları koronavirusun ikinci dalğasının qarşısının alınması üçün əhəmiyyətli araşdırma aparıblar.

Oxu24.com  Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, elm adamları Alpakalarda formalaşan antikorlar vasitəsilə yeni növ koronavirusu məhv etməyə nail olublar. Məlumata görə, antikorlar COVID-19-u təsirli şəkildə məhv edib. Alimlər hesab edir ki, bu nəticə koronavirusa qarşı peyvəndin hazırlanmasında önəmli rol oynaya bilər.

Qeyd edək ki, Alpaka dəvə növüdür. Antikorlar isə Alpakanın o cümlədən digər çoxhüceyrəli heyvanların immunitet sistemi tərəfindən yad quruluşlarla mübarizə aparmaq üçün ərsəyə gətirilən molekullardır.