Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirus xəstələrinin evdən çıxması qadağandır - RƏSMİ

Koronavirus xəstələrinin evdən çıxması qadağandır - RƏSMİ

CƏMİYYƏT

387

30.06.2020, 20:06

“Ev şəraitində müalicə ancaq yüngül koronavirus xəstələri üçün nəzərdə tutulur”.

Oxu24.com “Report”-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ümumiyyətlə, koronavirus xəstələrinin evdən çıxmasına icazə verilmir. Onlar evdə təcrid olunurlar”, - Nazirlik rəsmisi bildirib.