Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda yüksək vəzifəyə təyinat oldu

Azərbaycanda yüksək vəzifəyə təyinat oldu

CƏMİYYƏT

613

29.06.2020, 22:45

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Oxu24.com "Report"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.