Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı
14 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
642
29.06.2020, 18:32
8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib.
Oxu24.com bildirir ki, bu barədə Oxu24.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq:
"Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit tətbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun. Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Həmçinin, 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 1 kodu vasitəsilə icazə ala bilməyəcək. Bu məhdudiyyətlərin tətbiqi sui-istifadə hallarının çoxluğundan irəli gəlib".
Dövlət Agentliyi vətəndaşlara tövsiyə edib ki, təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən vətəndaş həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəsin.
Qeyd edək ki, daha əvvəl 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb.
Məlumat üçün bildirək ki, “E-Təbib” mobil tətbiqi vasitəsilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunur.
00:25 / 14 May 2026
1
23:53 / 13 May 2026
176
23:36 / 13 May 2026
115
23:05 / 13 May 2026
411
23:05 / 13 May 2026
84
23:03 / 13 May 2026
63
23:00 / 13 May 2026
137
22:57 / 13 May 2026
57
22:55 / 13 May 2026
63
22:53 / 13 May 2026
50
22:38 / 13 May 2026
204
22:05 / 13 May 2026
84
21:30 / 13 May 2026
86
21:29 / 13 May 2026
109
21:22 / 13 May 2026
75
21:16 / 13 May 2026
74
21:15 / 13 May 2026
85
21:10 / 13 May 2026
72
21:09 / 13 May 2026
101
21:04 / 13 May 2026
70
20:58 / 13 May 2026
851
20:42 / 13 May 2026
87
20:32 / 13 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.