SON DƏQİQƏ! Onlar vəzifələrini itirdilər
13 May 2026, 23:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2925
29.06.2020, 17:20
8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib.
Bu barədə Oxu24.com-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq:
"Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb. Sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var idi. Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit tətbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun. Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Həmçinin, 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 1 kodu vasitəsilə icazə ala bilməyəcək. Bu məhdudiyyətlərin tətbiqi sui-istifadə hallarının çoxluğundan irəli gəlib".
Dövlət Agentliyi vətəndaşlara tövsiyə edib ki, təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən vətəndaş həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəsin.
Qeyd edək ki, daha əvvəl 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb.
Məlumat üçün bildirək ki, “E-Təbib” mobil tətbiqi vasitəsilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunur.
HƏMÇİNİN OXU: SON DƏQİQƏ: kasıblara pulsuz MƏNZİLLƏR VERİLƏCƏK - İlham Əliyev İMZALADI
Sərt karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA
23:36 / 13 May 2026
7
23:05 / 13 May 2026
243
23:05 / 13 May 2026
44
23:03 / 13 May 2026
40
23:00 / 13 May 2026
34
22:57 / 13 May 2026
37
22:55 / 13 May 2026
36
22:53 / 13 May 2026
33
22:38 / 13 May 2026
51
22:05 / 13 May 2026
60
21:30 / 13 May 2026
80
21:29 / 13 May 2026
95
21:22 / 13 May 2026
71
21:16 / 13 May 2026
69
21:15 / 13 May 2026
77
21:10 / 13 May 2026
67
21:09 / 13 May 2026
95
21:04 / 13 May 2026
63
20:58 / 13 May 2026
751
20:42 / 13 May 2026
82
20:32 / 13 May 2026
89
20:19 / 13 May 2026
105
20:03 / 13 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.