SON DƏQİQƏ! Onlar vəzifələrini itirdilər
13 May 2026, 23:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
637
29.06.2020, 14:08
Təhsil Nazirliyi bir sıra vəzifələrin tutulması üçün daxili müsahibə elanı verib.
Oxu24.com xəbər verir ki, müsahibədə nazirlikdə inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir.
Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.
“Dövlət qulluğu haqqında” qanunun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
Vakant vəzifələrin siyahısını təqdim edirik:
- Nazirliyin Aparatı, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, şöbə müdiri
- Bakı şəhəri üzrə Təhsil İdarəsi, müdir müavini (2 ştat vahidi)
- Bakı şəhəri üzrə Təhsil İdarəsi, Maliyyə və mühasibatlıq sektoru, sektor müdiri
- Sumqayıt şəhər Təhsil Şöbəsi, müdir müavini
- Hacıqabul rayon Təhsil Şöbəsi, müdir müavini
- Qubadlı rayon Təhsil Şöbəsi, müdir müavini
- Peşə Təhsili üzrə Dövlət Agentliyi, Peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsi, şöbə müdiri
Müsahibədə iştirak etmək üçün ərizə və kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) təqdim edilməlidir. Ərizələrin qəbulu iyulun 13-ü saat 18.00-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09.00 -dan 13.00-dək və 14.00-dan 18.00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər.
Telefon: 012 599 11 55 (5407)
23:36 / 13 May 2026
7
23:05 / 13 May 2026
243
23:05 / 13 May 2026
44
23:03 / 13 May 2026
40
23:00 / 13 May 2026
34
22:57 / 13 May 2026
37
22:55 / 13 May 2026
36
22:53 / 13 May 2026
33
22:38 / 13 May 2026
51
22:05 / 13 May 2026
60
21:30 / 13 May 2026
80
21:29 / 13 May 2026
95
21:22 / 13 May 2026
71
21:16 / 13 May 2026
69
21:15 / 13 May 2026
77
21:10 / 13 May 2026
67
21:09 / 13 May 2026
95
21:04 / 13 May 2026
63
20:58 / 13 May 2026
751
20:42 / 13 May 2026
82
20:32 / 13 May 2026
89
20:19 / 13 May 2026
105
20:03 / 13 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.