Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...

SON DƏQİQƏ! Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...

CƏMİYYƏT

598

28.06.2020, 19:04

Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 1 iyul tarixindən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının (AZAL), iki dəfə isə Türkiyə Hava Yollarının (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, digər ölkələrdə olan və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlar, o cümlədən tələbələr də İstanbul hava limanının tranzit imkanlarından istifadə edərək bu marşrut üzrə Azərbaycana gələ biləcəklər.

AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, Türkiyə Hava Yollarının reysləri isə çərşənbə və cümə günlərində icra olunacaq.