Bələdiyyə sədri qəfil öldü
18 Noyabr 2026, 00:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
885
28.06.2020, 18:00
Malyariya xəstəliyinin yayılmasında ağcaqanadlar əsas rol oynayır. Ölkəmizin dağlıq rayonlarından başqa qalan əhalisinin 7 milyonu risk altındadır, ona görə də ağcaqanadlarla mübarizə öz aktuallığını itirməyib.
Oxu24.com xəbər verir ki, qorxulu təkcə onların sancmaları deyil, yaydığı infeksiyalardır. Ağcaqanadın 4 mindən artıq növü olsa da, onlardan yalnız ikisi-kuleks və edes növü narahatlıq yaradır. Kulekslərə daha çox evlərin zirzəmilərində rast gəlmək olur, edeslər isə küçə ağcaqanadlarıdır və bayırdan evə daxil olurlar.
Malyariya törədiciləri hamilə qadınları və dəriləri nazik olduğuna görə uşaqları daha çox sancırlar. Həşəratlar sarışınlara da meyl edir, ancaq sarı rəngi sevmir, tünd rəngdə paltar geyinənlərə hücum edirlər.
Ağcaqanadlardan qorunmaq üçün müəyyən yollar var. İlk növbədə, nəzərə almaq lazımdır ki, ağcaqanadlar mixək, reyhan, pişikotu, acı yovşanotu, ayrıqotu kökünün dəmləməsini, evkalipt və cirə ətrini, sidr şamının yağını xoşlamır, tütün qoxusundan uzaq qaçırlar.
5 qram mixək 1 stəkan suda 15 dəqiqə qaynadılır, soyuyandan sonra alınmış mayedən 10 damcı istənilən ətirə əlavə edilərək qarışdırılır və alınan məhlulun bədənə sürtülməsi 2 saat öz təsirini qoruyub saxlayır.
İsitqaçın içinə qaynar su tökülərək ağzı bağlanılır, üzərinə 100 qram kamfora spirti əlavə edilərək buxarlandırılır.
Samovar qalamaq üçün odun kimi şam və ya küknar ağacından istifadə edilməsi məsləhətdir, ocağa ardıc qozaları da atmaq olar.
Meşəyə gedərkən bədənin açıq yerlərinə balıq yağı sürtmək məsləhətdir.
Ağcaqanad sancdığı yerə nanə və ya toyuq əti qoyanda qaşınma azalır. Həşəratın sancdığı yerin şişməməsi üçün 1 stəkan suda yarım çay qaşığı çay sodası həll edilərək həmin nahiyələr silinir. Naşatır spirti və kalium-permanqanat məhlulundan da istifadə etmək olar.
Təzə sarımsaq, zeytun yağı, duz və sirkə, kömür və sirkə qarışıqları da yaxşı vasitədir.
Bir qədər əzilib yumşaldılmış bağayarpağı, cəfəri və nanə qaşıntını götürür. Dişləmə olan nahiyələrə təzə maye qoyularaq hər saatdan bir dəyişdirilir. Onu əzilmiş sarımsaqla da əvəz etmək olar.
Sancılan yer şişərək qaşınma verdikdə həşəratın zəhərini çıxarmaq üçün həmin nahiyəyə heyva şirəsi sürtülür.
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.