Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34021
az

Rayona getmək istəyənlərin nəzərinə - Operativ Qərargah şərtləri açıqladı,ailə üzvləri...

10:1728 İyun, 2020
1347
CƏMİYYƏT
  • A
Ötən həftə də sərtləşdirilmiş karantin rejimi ilə bağlı vətəndaşların rayona getməməsi üçün müraciət etmişdim". Oxu24.com APA-ya istinadla xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. K. Əliyev deyib ki, ancaq buna baxmayaraq, rayonlara axın olub: "Onların əksəriyyəti postlardan geri qaytarıldı. Bəziləri torpaq yolla keçməyə cəhd etdi və buna nail oldu. Artıq texniki vasitələrdən istifadə etməklə, bu kimi halların da qarşısını almağa çalışacağıq. Əgər bir postdan keçən avtomobil digər postda görünməyəcəksə, deməli, torpaq yola keçib və həmin avtomobillər, onların sürücüləri aşkarlanacaq". BDYPİ-nin şöbə rəisi qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə bir sıra xidmət sahələrinin fəaliyyətinə icazə verilib: "Bu da müəyyən sayda avtomobilin sərbəst hərəkəti deməkdir. Ümumiyyətlə, onu da deyim ki, hərəkətinə icazə verilən şəxslərin ezamiyyə vərəqi olmalıdır və ezamiyyə vərəqi olmayanlar postlardan buraxılmayacaq. Ezamiyyəyə gedənlər də avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türk Hava Yolları Beyruta uçuşları dayandırdı
İlkin Süleymanovun məhkəməsi: Bəraət verildi?
Avqustun ilk günü hava necə olacaq?

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib