Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda daha bir hakim vəfat etdi

Azərbaycanda daha bir hakim vəfat etdi

CƏMİYYƏT

806

28.06.2020, 00:53

Bakı Apelyasiya Məhkəməsinin hakimi Müseyib Hüseynov dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə vəkil Orxan Kəngərli məlumat paylaşıb.

Vəkil qeyd edib ki, M. Hüseynovun ölüm səbəbi ona məlum deyil: "Ancaq onu deyə bilərəm ki, mərhumun qaraciyərində problem vardı və uzun müddətdir buna görə müalicə olunurdu".

Allah rəhmət eləsin!

Xatırladaq ki, bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov və Namiq Məmmədov da dünyasını dəyişib.