Qaynar xətt:

(+99450) 247 90 86

Günün qoroskopu: Dəyişikliklər, təkliflər və dəvətlər az olmayacaq28 İyun 2020

Günün qoroskopu: Dəyişikliklər, təkliflər və dəvətlər az olmayacaq28 İyun 2020

CƏMİYYƏT

948

28.06.2020, 00:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qoç - Qarışıq, hadisələrlə zəngin zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivliyinizi yaxşı planlaşdırın. Danışıqlar və söhbətlər çox olacaq. Problemlərin həllini primitivləşdirməyin.

Günün ikinci yarısında önəmli məlumat alacaqsınız. Prioritetləri yeniləmə zamanıdır. Bir neçə obyekt diqqət tələb edir. İşgüzar münasibətlərdə potensialınızdan tam istifadə edin.

Qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.

Axşam saatlarında normal istirahət edin.

Buğa - Günün ilk yarısı ikinci dərəcəli işlərə çox vaxt ayırmayın. Uğur qazanmaq üçün bütün gərəkli mövqeləri və məqamları bir daha yoxlayın. İdeyalarınızı daha səbatlı və praqmat edin. İmkanlardan mümkün qədər effektiv istifadə edin.

Günün ikinci yarısında informasiya axınını genişləndirin. Yazışın, zəng vurun, məlumat alın. Təmasların məqsədəuyğun olmasına çalışın.

Səfər və yeni məlumat istisna deyil. Yeni obyektə marağınız arta bilər. Gərəksiz, mənasını itirmiş nəsnələrdən qurtulun. Yaşamınıza yeni emosiyalar əlavə edin.

Axşam saatlarını dostlarla keçirmək olar.

Əkizlər - Günün ilk yarısı görə biləcəyiniz işlərdən dəfələrlə artıq problemlər var. Onları həll etmək gərəkdir. Əsas planlarınıza və məqsədlərinizə maneələr yarada biləcək mövzuya qarışmayın.

Görüləsi işləri vaxt amilini nəzərə alaraq planlaşdırın.

Günün ikinci yarısında situasiya qəfil qərarlar və ani həllər tələb edir. Pozitiv olun.

İnformasiya ilə çalışın, yazışın. Müzakirələr aparmaq olar. Yaxın ətrafınızdakı insanlardan biri ilə anlaşmaya nail ola bilərsiniz. Durumun nəzərə alınması rəqiblər üzərində üstünlüyə nail olmağa imkan verəcək.

Situasiyanı işgüzar etməyə çalışın.

Xərçəng - Günün ilk yarısında bütün işləri istədiyiniz kimi yerinə yetirmək mümkün deyil. Yaxın ətrafınızdakı insanlardan bir neçəsinin müqavimətini hiss edəcəksiniz. Tənbəllik etməyin, aktiv olun. Həllini tələb edən məsələlər arasında ən önəmlisini seçərək onu çözməyə başlayın.

Mühafizəkar olun.

Günün ikinci yarısında səbrli və təmkinli olsanız, işlərinizdə əhəmiyyətli dərəcədə irəliləyə bilərsiniz. Etibarlı tərəfdaşlardan dəstək almağa çalışın.

Cazibədar təsir bağışlayan, amma şübhəli məsələlərə aldanmayın. Məşğul olduğunuz işlə bağlı təkliflərə aldanmayın. Diqqətli olun.

Stressdən qurtulmağa çalışın.
 

Şir - Müstəqil fəaliyyətin effektivliyi az olacaq. Aktiv, açıq işləyin. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı maksimal təəssürat yaratmağa can atmayın. Səylərinizin uğurlu olub-olmayacağı əhvalınıza və fəaliyyətinizə təsir edəcək.

Günün ikinci yarısında danışıqlar, yazışmalar, işgüzar səfər yaxşı nəticə verəcək.

Proseslər sürətlənəcək. Yaşananlara münasibətinizi dəyişəcək hadisələr olacaq.

Axşam saatları aktiv istirahət üçün yaxşıdır.

Qız - Günün ilk yarısında maraqlarınız və qayğılarınızın sayı artacaq. Sakit zaman deyil. Çox adama lazımsınız. Kiməsə yardım etməli olsanız, minnətdarlıq gözləməyin. İndi hamı öz işi ilə məşğuldur.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar arasında kreativ yanaşma nümayiş etdirənlər var. Ümumi maraqları və məqsədləri təhlil etmək olar. İnformasiya ilə iş, yazışma üçün yaxşı zamandır. Ünsiyyətdə sayıq olun.

Axşam saatlarında səhhətinizə fikir verin.

Tərəzi - Fikrinizi ikinci dərəcəli məsələlərə yayındırmayın. Ən mühüm işləri seçərək onları reallaşdırmağa başlayın. Bütün resurslardan yararlanın. Retroqrad insanların gəlirlərinizə mənfi təsiri olacaq. Diqqətli davranın.

Süni təkana heç bir ehtiyac yoxdur.

Günün ikinci yarısında irəliyə doğru aramla hərəkət edin. Sınanmış tərəfdaşlardan yararlanın, mənasız risklərə yol verməyin.

İşləri vaxtından əvvəl başa vurmağa tələsməyin. Belədə əsla gözləmədiyiniz nəticələr hasil ola bilər.

Dəyər verdiyiniz insanlarla təmaslarda səmimi olun. Gələcəklə yox, indi ilə yaşayın. Həyatınızı maraqlı etməyə çalışın.

Əqrəb - Günün ilk saatlarından etibarən gərginlik azalacaq. Bir qədər nəfəs almaq, çatdığınız mövqeləri möhkəmləndirmək olar. Cari işləri tələsmədən araşdırın. Qarşıda duran məqsədləri nəzərdən keçirin. Tərəfdaşlara yeni plan təklif etmək olar.

İkinci dərəcəli məsələlərə çox vaxt sərf etməyə dəyməz.

Günün ikinci yarısında emosional söhbətlərdə aktiv iştirak etməyin. Danışıqlar və müzakirələrdənsə yayınmayın. Peşəkar məziyyətlərinizi nümayiş etdirin. Maliyyə məsələlərində xüsusilə sayıq davranın.

Axşam saatlarında bir qədər idman edin.

Oxatan - Maraqlarınızın təminatı üçün qətiyyətli və iradəli olun. Münasibətlərin, əməkdaşlığın perspektivlərini müzakirə edin. İşləri paylaşdırın. Birgə fəaliyyətə ehtiyac var. İnformasiya məkanı rəqabət mübarizəsi yerinə çevrilə bilər.
Günün ikinci yarısında qərar qəbul etməzdən əvvəl yaxşı düşünün, hadisələrin müxtəlif inkişaf variantlarını nəzərdən keçirin. Fəaliyyət müstəvisindəki əlavə, artıq motivlərə aldanmayın.

Yeni planı reallaşdırmağa başlamaq olar.

Axşam saatlarında istədiyiniz, bəyəndiyiniz kimi dincəlin.
 

Oğlaq - Günün ilk yarısında gərginlik, əhvalın heç bir motivasiya olmadan dəyişməsi, problemlər istisna deyil. Yaxın ətrafınızdakı insanlardan biri həddən artıq aqressiv davranaraq səbirsizlik edirsə, situasiyanı yumşaltmağa, normallaşdırmağa çalışın. Kiminsə iradı və ya tənqidi sizi narahat edə bilər.

Günün ikinci yarısında əldə etmək istədiyiniz məlumata can atın. Yaşamın öz qaydalarını, şərtlərini diktə etdiyi məqamda proseslərə müdaxilə etməyin.

Məqsədə çatmaq üçün bəzi məsələlərdə güzəştə getmək gərəkdir.

Dolça - Şərait qarışıq, laübəlidir. Bir tərəfdən sizi maraqlandıran mövzularda novasiyalar və yeniliklər çox olsa da, digər tərəfdən məhdudiyyətlərin sərt çərçivələrini hiss edəcəksiniz. İşdə rəhbərliyin tapşırıqları artacaq. Yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin.

Günün ikinci yarısında bir işi seçərək prioritet edin. Perspektivlərə mümkün qədər aydınlıq gətirin.

Dəyişikliklər, təkliflər və dəvətlər az olmayacaq. Məqsədlərlə hədəfləri dəqiqləşdirin. Aradığınız məlumatı və ya bilgini əldə etmək üçün aktiv olun.

Balıqlar - Təcili həll tələb edən məsələlər və kiçik qayğıların sayı arta bilər. Ümumi ab-hava pis deyil. Görüşlərlə ünsiyyətin məzmunlu olmasına çalışın. Fəaliyyət arealında qayda yaradın, sistemləşdirməyə və təşkilati tədbirlərə başlayın.

Günün ikinci yarısında potensialınızdan tam istifadə edin. Mübahisəli məqamları çözmək, anlaşmaya nail olmaq, cari situasiyaya təsir etmək imkanları var. Yaxın ətrafınızdakı insanların ambisiyalarını və maddi maraqlarını nəzərə alın.

Axşam saatlarında ev işləri ilə məşğul olmaq faydalıdır. Ailə üzvlərinizə yardımlarınız effektiv ola bilər.

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0