Başqasının yerinə işə çıxanlara maaş necə verilir? - AÇIQLAMA
13 May 2026, 16:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
462
27.06.2020, 15:15
Azərbaycan ərazisində iyunun 28-nə gözlənilən hava şəraiti açıqlanıb.
ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.
İyunun 28-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
18:13 / 13 May 2026
26
18:02 / 13 May 2026
40
17:39 / 13 May 2026
367
17:25 / 13 May 2026
55
17:20 / 13 May 2026
59
17:18 / 13 May 2026
62
17:10 / 13 May 2026
65
16:53 / 13 May 2026
173
16:52 / 13 May 2026
64
16:38 / 13 May 2026
640
16:32 / 13 May 2026
84
16:26 / 13 May 2026
72
16:25 / 13 May 2026
447
16:19 / 13 May 2026
66
16:11 / 13 May 2026
259
16:08 / 13 May 2026
75
16:02 / 13 May 2026
68
15:51 / 13 May 2026
70
15:37 / 13 May 2026
77
15:32 / 13 May 2026
75
15:24 / 13 May 2026
1141
15:17 / 13 May 2026
87
15:15 / 13 May 2026
241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.