Bələdiyyə sədri qəfil öldü
18 Noyabr 2026, 00:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1157
26.06.2020, 19:38
Azərbaycanda şənbə günü gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, iyunun 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 29-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.