Qaynar xətt:

(+99450) 247 90 86

“Broyler toyuqların tərkibində 40 faiz naməlum maddə var” – Şok iddia

“Broyler toyuqların tərkibində 40 faiz naməlum maddə var” – Şok iddia

CƏMİYYƏT

755

26.06.2020, 18:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Maştağa qəsəbəsində yerləşən toyuq sexlərindən birində xoşagəlməz mənzərə aşkar olunub. Sahibkar onun üçün yaradılan şəraitindən sui-istifadə edərək toyuqlara su vurub onları şişirdir. Həmin toyuqlar daha sonra satışa çıxarılır. 

Sözügedən hadisə ilə bağlı sosial şəbəkələrdə video da yayılıb. Görüntülərdən aydın olur ki, toyuqlara xüsusi şprislə su vururlar. Bu zaman toyuq real çəkisindən 300-500 qram artıq çəkidə olur. 
Sahibkar bu əməllərə yol verməklə qanunu kobud şəkildə pozub. Belə toyuqların insan sağlamlığına təsiri nədən ibarətdir? Həmin iynələrin tərkibində hansı maddələr var?  Ən əsası bu cür işbazlara qarşı necə mübarizə aparmaq lazımdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, toyuq sexlərində belə problemlər əvəllər də yaşanıb. Ekspert bildirib ki, 2017-ci ildən Ukraynadan ölkəmizə “Qualiko” toyuqları gətirilir. Daha sonra həmin toyuqların üzərinə yalançı “Halal” nişanı vurulub satışa çıxarılır:

“Əvvəl elə bildik ki, toyuqları həmin ölkədə şişirdirlər. Sonradan isə düşmənlərin içimizdə olduğu müəyyən edildi. Necə deyərlər, sapı özümüzdəndir. Hələ 2017-ci ildə ciddi mübarizə tədbirləri həyata keçirdik. Əhalini bu cür toyuqları almamağa çağırdıq. Çünki "Halal" adı ilə təqdim olunan toyuqların tərkibində 40 faiz naməlum maddə var. Yəni belə toyuqlara üstünlük verənlərin sağlamlığı təhdid altındadır".
E.Hüseynov istehlakçıları diqqətli olmağa, səhhətlərinə etinasız yanaşmamağa çağırdı: 
“Dondurulmuş heç bir ərzağı, o cümlədən toyuğu almaq lazım deyil. Çünki don açılandan sonra onların tərkibindəki çirk yayılır. İnsanlara dondurulmamış toyuqları almağı məsləhət görərdim. Bu zaman isə Nazirlər Kabinetinin 94 saylı qərarının gözlənilməsinə fikir vermək lazımdır. Bələ ki, həmin qərarə əsasən toyuqlar etiketlənməli, qablaşdırılmalır. İkinci bir tərəfdən, kiçik həcmli toyuqları almaq təhlükəlidir. Bir çox hallarda onlar kütləvi surətdə qırılan toyuqlar olur və restoranlara, dönərxanalara satılır”.
Ekspertin fikrincə, bu hallarla mübarizə aparmağın yeganə yolu müvafiq qurumların öz işinə məsuliyyətlə yanaşmasıdır:
"Bəzi biznes qurumları artıq öz arzularını, "qanun"larını hökumətə diktə etməyə başlayıblar. Buna yol vermək olmaz. Nə qədər ki, istehlakçı hüquqlarını qoruyan təşkilatın varlığı ilə yoxluğu arasında fərq bilinmir, belə hallar davam edəcək. Əvvəl bu qurum öz işinə ciddi yanaşmalıdır. Sonra isə bu əməli törədənlər üçün konkret məsuliyyət nəzərdə tutulmalıdır".
//yenisabah.az/broyler-toyuqlarin-terkibinde-40-faiz-namelum-madde-var

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0