Azərbaycan mediası dünyada sülhün təbliğatçısı missiyasını yerinə yetirir — RƏY
13 May 2026, 13:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
712
24.06.2020, 23:02
“Mart ayından bəri bağ və həyət evlərinin qiymətlərində artım var. Əvvəllər də bu mövsümdə aylıq kirayə və satış qiyməti yüksəlirdi, amma bu il qiymət artımı martdan bəri davam edir. Çox güman ki, qiymətlərdəki artım virus epidemiyası bitənədək davam edəcək. Çünki bağ evləri o qədər də çox deyil, amma bu evlərə tələbat, müraciətlərin sayı həddindən artıq çoxdur. Hamı isti yay günlərində özünütəcridi təmiz havada keçirməyə çalışır”,- Abşeron rayonu ərazisində daşınmaz əmlak satışı ilə məşğul olan Müslüm İsayev deyir.

Əmlakçı bildirir ki, bu il ötən illərdən fərqli olaraq Saray, Türkan, Hövsan qəsəbələrində də həyət evlərinə tələbat artıb.
Həftə sonları evdən çıxma qadağasının tətbiqi də bağ evlərinin günlük kirayəsini aktuallaşdırıb. Əmlakçıların sözlərinə görə,adi halda aylıq kirayəsi 300 manat olan həyət evlərinin qiyməti hazırda günlük 200-250 manata çatıb. Şənbə və bazar günləri üçün iki günlük orta kirayə qiyməti 400-500 manat civarındadır. Lakin əmlakçılar günlük kirayənin ev sahibinə sərfəli olmadığını və belə evlərin çox çətin tapıldığını deyirlər.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il daşınmaz əmlakın kirayə və satışında qiymət artımını mütəxəssislər də təsdiqləyirlər. Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının bildirdiyinə görə, artım təxminən 10-15 faiz aralığındadır:
“Xaricə çıxış imkanları məhdudlaşdıqca, insanlar istirahət üçün daha çox yerli turizm məkanlarına müraciət etməli olurlar. İndiki halda isə Bakıda və Abşeron yarmadasında yaşayan insanların daha çox müraciət etdikləri ərazi dənizkənarı ərazilərdir. Ona görə də qiymət artımları var və həm də kəskindir. Ötən ilin müvafiq dövrünün göstəricilərilə müqayisədə əmlak satışı və kirayəsi bazarında 10-15 faiz artım qeydə alınır”.
Aylıq kirayəsi 20 min manatı ötən lüks villaların kirayənişinlərinin kimliyinə gəlincə isə, ekspert bildirir ki...
“Azərbaycanda əmək haqqı ilə insanların gəlirlərini ölçmək düzgün deyil. Elə insanlar var ki, dövlət qulluğunda çalışırlar, aldıqları əmək haqqı ilə gəlirləri arasında fərq 3-5 dəfəyə yaxındır. Bakıda da kifayət qədər imkanlı şəxslər var və onların arasında sahibkarlar, müxtəlif vəzifələrdə işləyən insanlar var. Bu tələb də əsasən həmin şəxslər tərəfindən formalaşdırılır”, - Ramil Osmanlı qeyd edib.
Ekspert qiymət artımının davam edəcəyi ilə bağlı ehtimalara da münasibət bildirib. Onun sözlərinə görə, bu artım daha çox mövsümlə bağlıdır və qəsa müddətlidir. Təqribən avqust ayının sonlarınadək davam edə bilər. Amma karantin tədbirləri davam etdirilərsə, ikinci dalğa olarsa, yenidən tələb öz qüvvəsində qalacaq. Amma bu zaman qiymətlər indiki yay mövsümündə olduğu kimi olmayacaq.
13:49 / 13 May 2026
15
13:37 / 13 May 2026
369
13:35 / 13 May 2026
33
13:29 / 13 May 2026
28
13:27 / 13 May 2026
28
13:24 / 13 May 2026
67
13:19 / 13 May 2026
30
13:05 / 13 May 2026
59
12:57 / 13 May 2026
298
12:49 / 13 May 2026
115
12:44 / 13 May 2026
256
12:41 / 13 May 2026
61
12:38 / 13 May 2026
52
12:34 / 13 May 2026
55
12:32 / 13 May 2026
56
12:24 / 13 May 2026
101
12:18 / 13 May 2026
134
12:11 / 13 May 2026
81
12:04 / 13 May 2026
74
12:00 / 13 May 2026
350
11:50 / 13 May 2026
64
11:46 / 13 May 2026
70
11:44 / 13 May 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.