Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentdən maska taxmayan şəxslərə XƏBƏRDARLIQ

Prezidentdən maska taxmayan şəxslərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

923

24.06.2020, 22:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır".

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün. İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir".

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0