Qaynar xətt:

(+99450) 247 90 86

Dünya şöhrətli azərbaycanlı professordan koronavirus resepti- Hansı vitaminlər lazımdır?

Dünya şöhrətli azərbaycanlı professordan koronavirus resepti- Hansı vitaminlər lazımdır?

CƏMİYYƏT

671

24.06.2020, 21:28

Əslən Cənubi Azərbaycandan olan, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycaninin koronavirusun müalicəsi barədə məsləhətlərini təqdim edirik:

Virus pandemiyası sönənə kimi aşağıda qeyd etdiyim vitaminlər çox mühümdür:

1) Vitamin D3 5000 (iu) gündə 1 dəfə + yarım saat günəşin altında gəzmək

2) Vitamin A 10000 (iu) gündə bir dəfə
3) Vitamin B6 gündə 100 (mg).
4) Vitamin E – gündə 400-800 (iu).
Bu vitaminlər yağda əridiyi üçün yalnız yemək ortasında qəbul edilməlidir.

5. Vitamin C 1000 ilə 2000 milliqram arası bütün soyuqdəymə, qrip viruslarını götürmək üçün effektivdir.
Mən öz təcrübəmdə 20 il əvvəl C vitamininin bir qramlıq intravenous ampulundan istifadə edir, çox gözəl nəticə alırdım. İndi bunun tablet və kirşan kimisi çıxıb.
Ən yaxşı qəbul üsulu gündə 2 dəfə 500 milliqramlıq tabletini dil altında saxlamaqdır.
6. Eləcə də 50 mq sink gündə yeməklə bərabər qəbul olunmalıdır.
Bu ikisi suda əriyənlərdir və viruslar zamanı yetərlidir.