Azərbaycanda bunu etmək qadağan olundu
13 May 2026, 12:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1004
23.06.2020, 23:08
Koronavirus infeksiyasına yoluxmuş şəxslərə ev şəraitində ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımı Səhiyyə Nazirliyi, stasionar müalicəni TƏBİB həyata keçirəcək.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin qərarı yaxın vaxtlarda açıqlanacaq.
Məlumata görə, ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər icra olunur.
Həyata keçirilən növbəti əhəmiyyətli tədbirlərdən biri də yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın, həm də stasionar müalicənin keyfiyyətli göstərilməsi, bu sahələrə ayrı-ayrılıqda diqqətin yönəldilməsi və proseslərin icrasının gücləndirilməsidir.
Belə ki, xüsusi karantin rejimi müddətində Bakı şəhəri üzrə yeni növ koronavirus infeksiyası ocaqlarında gigiyena və epidemiologiya, karantin-təşkilati, o cümlədən profilaktik tədbirlərinin görülməsi, yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin yerində aşkarlanaraq onlara ev şəraitində ambulator-poliklinik və təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Gigiyena-epidemioloji, habelə yuxarıda göstərilmiş sahələrdə çalışan tibb işçilərinin yeni növ koronavirus ocaqlarının aşkarlanmasına və bu ocaqlarda tibbi yardımın təşkilinə cəlb olunması nəzərdə tutulur.
Yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərin stasionar müalicəsinin təşkilini isə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs həyata keçirəcək.
Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər ölkədə sanitariya-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır.
12:04 / 13 May 2026
1
12:00 / 13 May 2026
34
11:50 / 13 May 2026
32
11:46 / 13 May 2026
34
11:44 / 13 May 2026
37
11:35 / 13 May 2026
171
11:28 / 13 May 2026
35
11:22 / 13 May 2026
233
11:09 / 13 May 2026
289
10:56 / 13 May 2026
54
10:52 / 13 May 2026
449
10:49 / 13 May 2026
49
10:37 / 13 May 2026
50
10:33 / 13 May 2026
384
10:29 / 13 May 2026
68
10:26 / 13 May 2026
60
10:15 / 13 May 2026
72
10:11 / 13 May 2026
63
10:10 / 13 May 2026
65
10:08 / 13 May 2026
81
10:05 / 13 May 2026
142
09:18 / 13 May 2026
64
00:19 / 13 May 2026
337
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.