Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33730
az

Azərbaycanın bu rayonu koronavirusa qalib gəlib – RƏSMİ AÇIQLAMA

19:0023 İyun, 2020
424
CƏMİYYƏT
  • A

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycan ərazisində yayılması və onun təsirləri istər paytaxtda, istərsə də regionlarda hiss olunmaqdadır. Bununla belə, ölkəmizdə virusun təsirlərinin aradan qalxdığı rayonlar da az deyil.

Oxu24.com xəbər verir ki, Qazet.az-a danışan Zərdab Rayonu İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Vasif Məmmədov bildirib ki, hazırda rayonda heç bir yoluxma halı yoxdur.

“Zərdabda vəziyyət digər rayonlara nisbətən yaxşıdır. Profilaktik tədbirlər həyata keçirilir. RİH və Polis şöbəsi tərəfindən mobil qruplar yaradılıb və bu qrupların nəzarəti ilə bütün lazımi tədbirlər görülüb”.

Vasif Məmmədov həmçinin rayon sakinlərindən 3 nəfərin koronavirusa yoluxduğunu və onlardan birinin dünyasını dəyişdiyini qeyd edib.

“İndiyə qədər 3 yoluxma hadisəsi qeydə alınıb. Bu şəxslərdən biri artıq müalicə olunub. Digər iki şəxslərdən biri şəhər və digəri Aşağıseyidlər kəndinin sakini idi. Aşağıseyidlər kəndinin sakini olan yaşlı qadın koronavirusdan dünyasını dəyişib. Lakin hal-hazırda heç bir yoluxma yoxdur”, – deyə İcra Hakimiyyətinin rəsmisi vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi