Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33695
az

Sərt karantin rejimi uzadılır – RƏSMİ AÇIQLAMA

11:4823 İyun, 2020
1674
CƏMİYYƏT
  • A

Son günlər sosial media və bir çox KİV-də sərt karantin rejiminin uzadılması və ya tez bitməsi ilə bağlı xəbərlər yer almaqdadır.

Oxu24.com  xəbər verir ki, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycanda karantin rejimi avqust ayının 1-nə qədər uzadılıb.

Qazet.az-ın suallarını cavablandıran millət vəkili Fazil Mustafa bildirib ki, belə davam edərsə, karantin müddəti daha da uzadıla bilər. Çünki məsuliyyətsiz vətəndaşlara görə yoluxmaların sayı hər gün artmaqdadır.

“Rejim niyə uzadıla bilər? Ona görə bu ola bilər ki, Gürcüstanda və ya başqa yerlərdə əhali pandemiyaya qarşı mübarizədə çox ciddi iştirak edirlər. Hər hansı problem yaratmırlar. Siz görürsünüz ki, küçəyə çıxanların 10 nəfərindən 2-də maska var. Bu o deməkdir ki, karantinin uzadılması üçün çalışan bir qüvvə var. Hökumət karantini uzatmağın marağında deyil. Biz məsuliyyətli davranan vətəndaşların sayını artırmalıyıq”, – deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, mövcud karantin rejiminin müddətinin uzadılması gedişatdan və ən əsası Operativ Qərargahın qərarından asılı ola bilər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti uzadılıdı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi