Bu tarixdə imtahan keçiriləcək
13 May 2026, 10:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1251
22.06.2020, 23:30
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa (COVID-19) yoluxduğu təsdiqlənən xəstələrdə asimptomik və yüngül halların evdə müşahidəsinə dair müalicə qaydalarını və tövsiyələrini açıqlayıb.
Oxu24.com xəbər verir ki, sənəddə hazırda virusun spesifik müalicəsinin olmadığı, lakin xəstənin səhhəti bərpa olunanadək simptomlarını yüngülləşdirən tədbirlərin görülə biləcəyi qeyd olunub.
“COVID-19-a yoluxan şəxslərin evdə klinik idarə edilməsi” adlı sənədə əsasən, bəzi hallarda yüngül simptomları olan şəxslərdə növbəti 5-7 gün ərzində klinik vəziyyətin ağırlaşması müşahidə edilə bilər.
COVID-19-un simptomları aşağıdakılardır:
- qızdırma
- öskürək
- mialgiya və ya halsızlıq
- boğaz ağrısı
- tənəffüs çatışmazlığı və ya təngənəfəslik
- qoxu və dad hissinin itirilməsi
Ağırlaşmalar:
- pnevmoniya
- kəskin böyrək çatışmazlığı
- perikardit
- disseminə olunmuş damardaxili laxtalanma
- sepsis və ya septik şok
- ağciyər və ürək çatışmazlığı
Yüksək risk qrupu
- 60 yaşdan yuxarı şəxslər
- siqaret çəkənlər
- ürək damar xəstəlikləri olan şəxslər
- şəkərli diabet diaqnozu qoyulanlar
- arterial hipertoniyadan əziyyət çəkənlər
- piylənməsi olan şəxslər
- immun çatışmazlıq və immunsupressiv hallar (QİÇS/İİV, uzun müddət steroid müalicəsi alanlar, orqan transplantasiyası keçirən şəxslər, kimyəvi terapiya, immunmodulyar müalicə alan şəxslər)
- xroniki tənəffüs xəstəlikləri (kontrol edilməyən bronxial astma, AXOX, bronxoektaziya və s)
- digər xroniki xəstəlikləri (məsələn, xroniki böyrək çatışmazlığı, xroniki qaraciyər çatışmazlığı, oraq hüceyrəli anemiya və s) olan insanlar.
Yüksək temperatura qarşı tədbirlərə gəlincə, qaydalarda bildirilib ki, həmin insanlar üçün istirahət təmin olunmalı, dehidratasiyanın qarşısının alınması məqsədilə suya üstünlük verilməklə bol maye qəbul edilməli, sidik ifrazatı şəffaf açıq sarı rəngdə olana qədər maye qəbulu davam etdirilməlidir.
Öskürəyi olan şəxslərin yan tərəfi üstə və ya yarımoturaq vəziyyətə üstünlük verməsi tövsiyə olunur. Arxası üstə uzanmaq öskürək refleksini artıra bilər. Öskürəyi yüngülləşdirmək məqsədilə çay ilə bal içilə bilər (müəyəyn yaşa qədər uşaqlar istisna olmaqla).
Tənəffüs çatışmazlığı hiss etdikdə otaq sərin saxlanılmalıdır. Otağı soyutmaq üçün qızdırıcı söndürülməli və pəncərələr açılmalıdır, virusun yayılmasının qarşısını almaq məqsədilə ventilyatorun istifadəsi qadağandır. Əlavə olaraq nəfəsi sanki şam söndürürmüş kimi burun və ağızdan asta vermək lazımdır. Oturacaqda əyləşilməli, çiyinləri rahat tutmalı, bel əyilmədən düz saxlanılmalıdır. Bir az irəli əyilərək əllər diz və ya möhkəm dayağa qoyulmalı, məsələn digər oturacağın üzərinə söykənilməlidir. Nəfəs darlığı hiss etdikdə həyəcanlanmaq və qorxuya düşmək vəziyyəti ağırlaşdıra bilər.
Xəstələr evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.
Qayda və tövsiyələrdə həmçinin 18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslərin müalicə sxemi də yer alıb.
Bildirilib ki, yüksək riskli xəstələr xəstəxanaya yerləşdirilir. Orta riskli şəxslər üçün isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Aşağı riskli şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 12 iyun qərarına əsasən, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir. Aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər isə yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər.
10:29 / 13 May 2026
1
10:26 / 13 May 2026
17
10:15 / 13 May 2026
41
10:11 / 13 May 2026
37
10:10 / 13 May 2026
35
10:08 / 13 May 2026
47
10:05 / 13 May 2026
62
09:18 / 13 May 2026
53
00:19 / 13 May 2026
325
00:05 / 13 May 2026
3668
00:02 / 13 May 2026
318
23:59 / 12 May 2026
4475
23:54 / 12 May 2026
1404
23:50 / 12 May 2026
294
23:43 / 12 May 2026
1951
23:40 / 12 May 2026
123
23:31 / 12 May 2026
120
23:27 / 12 May 2026
112
23:25 / 12 May 2026
105
23:22 / 12 May 2026
166
22:47 / 12 May 2026
238
22:38 / 12 May 2026
138
22:20 / 12 May 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.