Bu tarixdə imtahan keçiriləcək
13 May 2026, 10:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
651
22.06.2020, 22:50
Artıq qarğıdalı mövsümü başlayıb. Bu isə o deməkdir ki, yayın ləzzətini doya-doya yaşayacağıq.
Bu həm də o deməkdir ki, dəniz kənarında, evlərdə qarğıdalı bişəcək. Kifayət qədər kalorili və faydalı bitki olan qarğıdalının saçağı da ən az özü qədər faydalıdır.
Oxu24.com sputnik.az-a istinadla xəbər verir ki, min bir dərdin dərmanı olan qarğıdalı çayının sonsuz faydaları var:
- Sidik yolları, sidik kisəsinin və prostat vəzi infeksiyası kimi xəstəliklərin müalicəsində istifadə edilir. Qarğıdalı saçağı çayı bu xəstəliklərə qarşı istifadə edildikdə boymadərən ilə birlikdə hazırlayın.
- Qarğıdalı saçağı çayı bədənə qüvvət verir.
- Yel ağrılarına yaxşı təsir edir.
- Qan şəkərini tarazlaşdıran qarğıdalı saçağı çayı pəhrizdə ikən arıqlamağa yardım edir.
- Sidikqovucu xüsusiyyətə malik qarğıdalı saçağı çayı böyrək daşının əmələ gəlməsinin qarşısını alır.
Qarğıdalı saçağı çayı necə dəmlənir?
Qarğıdalı saçağı çayı hazırlamaq üçün öncə seçilən qotazları xırda doğrayın və qaynayan suyun içinə atın. Çayı hazırladıqda qotazları su ilə birlikdə qaynatmayın. Suyun içinə atılan qarğıdalı saçaqları 10 -15 dəqiqə qapağı örtülü dəmlənir və süzülüb içilir. Çay üçün istifadə edilən ölçü: 1 stəkan suya xırda doğranmış 2 çay qaşığı saçaq
Eyni zamanda qarğıdalı saçağı çayının arıqlatmaq xüsusiyyəti var. Bunun üçün gilas saplağını qarğıdalı saçağı ilə birlikdə qaynadın.
10:29 / 13 May 2026
1
10:26 / 13 May 2026
17
10:15 / 13 May 2026
41
10:11 / 13 May 2026
37
10:10 / 13 May 2026
35
10:08 / 13 May 2026
47
10:05 / 13 May 2026
62
09:18 / 13 May 2026
53
00:19 / 13 May 2026
325
00:05 / 13 May 2026
3668
00:02 / 13 May 2026
318
23:59 / 12 May 2026
4475
23:54 / 12 May 2026
1404
23:50 / 12 May 2026
294
23:43 / 12 May 2026
1951
23:40 / 12 May 2026
123
23:31 / 12 May 2026
120
23:27 / 12 May 2026
112
23:25 / 12 May 2026
105
23:22 / 12 May 2026
166
22:47 / 12 May 2026
238
22:38 / 12 May 2026
138
22:20 / 12 May 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.