Bu tarixdə imtahan keçiriləcək
13 May 2026, 10:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
557
22.06.2020, 21:53
"Bu gün real olaraq Bakı şəhərində bütün xəstəxanalar imkanlarını mobilləşdirsə təxminən 7 min xəstənin yatmasına imkan var. Axı bu qədər personal, tibb bacıları, həkim yoxdur onlara xidmət göstərə. Ona görə də insanlar diqqətli olmalıdırlar".
Milli.Az xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O, təəssüflə bildirib ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir:
"Böyük bir yoluxma potensialı ilə üz-üzəyik. Təcrübə göstərir ki, COVİD-19 klinik olaraq bütün əlamətləri ortaya çıxdığı halda bəzən testlər mənfi olur. Yəni, test ayrıca bizə tam dəqiqliyi ilə bir şey deyə bilmir. Test ümumi bir müayinə prosesində diaqnostikanın bir elementi kimi götürülə bilər. Tək testə güvənmək olmaz. İnsanlarda COVİD-in klinik əlamətləri varsa, təngnəfəslik, qızdırma, halsızlıq, ağciyərlərdə konkret COVİD xarakterli dəyişiklik, "buzlu şüşə" sindromu və s., bu o deməkdir ki, xəstə yataq rejiminə keçirilməli və müalicə almalıdır. Vaxtında aparılan müalicə çox şeyin qarşısını ala bilir.
Təəssüflər olsun ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir. Xeyli xəstələrdə xəstəlik subklinik (əlamətsiz - red) formada keçir, xüsusilə də uşaqlarda və bəzən uşaqlar özləri yoluxma mənbəyi kimi çıxış edirlər".
Professor koronavirusun 8-9 aya yoxa çıxacağını bildirib:
"Müəyyən şarlatanlar, müəyyən adamlar ortaya çıxıb reseptlər deyirlər, "Ay camaat, koronanın dərmanı tapıldı". Bunlar boş şeydi. Xəstəlik simptomatik müalicə olunur, xəstəliyin spesifik müalicəsi yoxdur. Yalnız "Remdesivir" hələlik ilkin olaraq iki yüngül formada istifadə edilir. ÜST-ün təlimatına əsasən maye formasında ilk 5 gün verilir. "Arbidol" boş şeydi, camaat heç onu axtarıb almasın. Mənasız bir şeydir o. Daha çox vitaminlər köçürtmək lazımdır.
Əgər immun sistemdə paradoksal reaksiya ("sitokin qasırğası" - red.) getsə, "imunosupressor"lardan (immuniteti z'ifl'd'n preparatlar - red.) istifadə olunmalıdır.
İkincili infeksiyada antibiotik istifadə olunur, qızdırmanı salmaq üçün isə "Parasetamol" və s. Yəni, bunları da həkim təyin etməlidir. Xəstə özbaşına müalicə ala bilməz. Bütün müalicə həkim tərəfindən həkim tərəfindən təyin edilməlidir.
Vaksin məsələsinə, illüziyasına da insanlar qapılmasın. Bu virus 8-9 aya yoxa çıxacaq. Səbrli olmaq lazımdır. O müddətə qədər insanların davranışları adekvat olsa, biz yəqin ki, bundan daha az itkilərlə çıxa bilərik".
10:29 / 13 May 2026
1
10:26 / 13 May 2026
17
10:15 / 13 May 2026
41
10:11 / 13 May 2026
37
10:10 / 13 May 2026
35
10:08 / 13 May 2026
47
10:05 / 13 May 2026
62
09:18 / 13 May 2026
53
00:19 / 13 May 2026
325
00:05 / 13 May 2026
3668
00:02 / 13 May 2026
318
23:59 / 12 May 2026
4475
23:54 / 12 May 2026
1404
23:50 / 12 May 2026
294
23:43 / 12 May 2026
1951
23:40 / 12 May 2026
123
23:31 / 12 May 2026
120
23:27 / 12 May 2026
112
23:25 / 12 May 2026
105
23:22 / 12 May 2026
166
22:47 / 12 May 2026
238
22:38 / 12 May 2026
138
22:20 / 12 May 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.