Qaynar xətt:

(+99450) 247 90 86

Anamı korona öldürmədi, onu... - ADU-nun müəllimi

Anamı korona öldürmədi, onu... - ADU-nun müəllimi

CƏMİYYƏT

811

22.06.2020, 07:35

Nə iki gün, nə iki həftə, nə də hətta iki ay sərt karantin – heç nə koronavirus pandemiyasından qorunmağa kömək etməz - o vaxta qədər ki, onun mövcudluğuna dair şübhələr xəstəliyin özündən daha sürətli yayılacaq. Çünki hələ bu yaxınlarda ölkəmizdə COVİD-lə bağlı statistikada biz ikirəqəmli ədədləri görürdük, bu gün artıq gündəlik yoluxanların sayı 400-dən çoxdur. Bu isə o deməkdir ki, hər gün səhiyyə sisteminə bizi xilas etmək daha da çətinləşir. Bu inamsızlıq, laqeydlik isə ona gətirib çıxarır ki, xəstəxanalarda yerlər azalır, süni tənəffüs aparatları çatışmır, kömək edə biləcək əllər, güc yetmir və nəhayət, ən başlıcası – zaman yetmir.

Dünənə qədər çoxlu sayda insan bu ölümcül virusa yoluxan heç olmasa bir real tanış adam göstərməyi tələb edirdisə, bu gün bu aqressiv səslər nisbətən azalıb. Çünki COVİD-19 hər kəsin qapısına yaxınlaşıb, kiminsə artıq evinə də girə bilib.

Bununla bağlı çox kədərli və ibrətamiz bir hadisəni Axar.az-a ADU-nun müəlliməsi Səbinə Əliyeva danışıb.

1955-ci il təvəllüdlü Səbinə xanımın anası artıq üç gündür ki, mövcudluğuna belə inanmadığı virusdan dünyasını dəyişıb:

- İlk günlərdən həyat yoldaşım və mən koronavirusun şiddətini başa düşdük, çünki bütün simptomlar 2019-cu ilin mart ayında rəhmətə gedən qohumumuzun simptomları ilə üst-üstə düşdü. 2020-ci il martın 3-dən etibarən imunitetimizi qorumaq üçün antiseptiklər, maskalar, əlcəklər və vitamin kompleksləri aldıq. Bu virus məhz zəif immunitetdə ölümcül olur. Bunu mənə Koreya, Türkiyə və Gürcüstandan olan həkimlər dedilər. Özümüzü və yaxınlarımızı bu virusdan qorumaq üçün ilk günlərdən normal həyatımızı dəyişəsi olduq. Biz yuxarıda sadalananların bir neçə dəstini ərimin yaşlı valıdeyinlərinə və mənim anama aldıq. Həyat yoldaşımın valideynləri bizimlə razılaşdılar və həqiqəti qəbul etdilər, amma anam və bacım bununla özlərini qorxutmaq istəmədi.

Anam müəllimlik işi ilə bağlı çox fəal qadın idi. O, virusun mövcudluğuna belə inanmırdı, baş verənləri isə “qlobal siyasi oyun” adlandırırdı. Amma mən təslim olmurdum, min bir bəhanə ilə anamı gözəl təbiəti olan bir bölgəmizə göndərdim. Artıq anamdan sakit idim, onu təcrid edə bilmişdik. Mənim inadkar bacım da evdə oturmağa məcbur oldu. Özünə görə də olmasa, bətnindəki uşağa görə risk etmirdi. Bütün işlərimizi onlayn rejimə keçirdik. Virtual dərslər yaradıldı, orada mühazirələr oxuyurdum. Amma məni bütün ətrafım, tələbələrim qorxudurdu. Onlar ümumiyyətlə heç bir karantin qaydalarına riayət etmirdilər. İnsanlar bu qaydalara riayət edənlərə dəli kimi baxırdılar.

30 gündən sonra anam şəhərə qayıtmaq qərarına gəldi, çünki bacım artıq doğuşa hazırlaşırdı. Bu prosses karantinin ilk yumşalma zamanına təsadüf etdi. Anam şəhərə qayıtdı və dərhal bacımın evinə getdi. Mən bunu eşidəndə çox əsəbiləşdim, amma məni “panikaçı” adlandırdılar. Aprel ayında mənim bacımın övladı anadan oldu. Biz dərhal klinikaya getdik. Orada gördüklərim məni çox təəccübləndirdi. Maskalı, əlcəkli insan yox, antiseptik üçün dispenser boş…

Heç kimin temperaturu ölçülmürdü, gözləmə otağında insanlar arasında məsafəyə riayət olunmurdu. Hamı mənə və yoldaşıma elə baxırdı ki, elə biz yadplanetliyik. Bu, məni çox narahat edirdi.

Dəhşətli bir mənzərəni marketlərdə də müşahidə elədim. Qucaqlarında körpələri olanlar, 65 yaşdan yuxarı insanlar maskasız və əlcəksız vitrinlərin arasında dolaşırdı. Mağazalarda antiseptiklər yoxa çıxdı. Məsafəni gözləmirdilər, hətta kassa önündə olan məhdudlaşdırma haqqında döşəməyə çəkilmiş stikerlərə də məhəl qoymurdular. Gündə bir neçə dəfə ana və bacım ilə bu virusun dəhşəti barədə danışırdım, amma təəssüf ki...

Bu inamsızlıq bizim üçün faciə ilə nəticələndi. Bizim dərdli günlərimiz başladı. Mayın 28-dən etibarən anam ictimai nəqliyyatdan istifadə etməyə başladı. İyunun 6-da onun temperaturu yüksəldi – 37.6 oldu, boğazı ağrıdı. Ayın 7-də bütün bədəni agrımağa başladı. Temperatur artıq 38.3 idi. Bir gün sonra temperatur 38.9-a yüksəldi, iştahı tam çəkildi və qismən dad itkisi yarandı. 9 iyunda anamın temperaturu 39-a çatdı, güclü ağrıları var idi. Bütün bunlar hələ də anamı qorxutmurdu. O deyir di ki, bu adi mövsümi qripdir, keçib gedəcək. Mən onun özünü müalicədən imtina etməsini və təcili yardım çağırmasını xahiş etdim, amma o, dəstəyi asdı. Səhəri gün mən və yoldaşım onun yanına gəldik. Vəziyyəti həddən artıq pis idi. Hərarəti 40-ı keçmişdi. Hərəkət belə edə bilmiedi. Təcili tibbi yardım çağırdıq, həkimlər anamdan analiz götürdülər. Ayın 16-sı vəziyyət daha da pisləşdi. Anamı böyük çətinliklə xəstəxanaya yerləşdirə bildik. Xəstəxanaya yerləşdirildikdən sonra anam məni çağırdı və yaxşılaşdığını söylədi, amma daha sonra ortaya çıxdı ki, bu, qısamüddətli yaxşılaşmadır. Artıq vəziyyət o həddə çatdı ki, anam mənə dedi: “Qızım, sən haqlı idin, mən bunu gec anladım, məni xilas edin…”

Ayın 18-də həkimlər mənə həyatda eşitdiyim ən pis sözləri dedilər: “Təəssüf, ananızı xilas edə bilmədik”.

Beləliklə, anam (bu virusa inanmayan, maskanı çənəsinə geyən, əlcəksiz gəzən insan) məhs koronavirusdan rəhmətə getdi. Mənim anamı COVİD-19 yox, inamsızlıq öldürdü…

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

138

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

205

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

124

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

113

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

147

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

132

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

157

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

138

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

126

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

224

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

120

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

133

0