Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
18 Noyabr 2026, 08:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
20.06.2020, 15:15
21 iyunda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, iyunun 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 23-25, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.
İyunun 21-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
09:11 / 18 Noyabr 2026
1
08:32 / 18 Noyabr 2026
61
00:38 / 18 Noyabr 2026
151
23:54 / 17 Noyabr 2026
158
23:36 / 17 Noyabr 2026
161
23:10 / 17 Noyabr 2026
154
23:03 / 17 Noyabr 2026
302
22:45 / 17 Noyabr 2026
163
22:22 / 17 Noyabr 2026
151
22:08 / 17 Noyabr 2026
363
21:51 / 17 Noyabr 2026
153
21:38 / 17 Noyabr 2026
158
21:20 / 17 Noyabr 2026
156
21:11 / 17 Noyabr 2026
156
20:45 / 17 Noyabr 2026
153
20:39 / 17 Noyabr 2026
200
20:23 / 17 Noyabr 2026
172
20:12 / 17 Noyabr 2026
216
19:59 / 17 Noyabr 2026
169
19:51 / 17 Noyabr 2026
175
19:40 / 17 Noyabr 2026
326
19:39 / 17 Noyabr 2026
168
19:28 / 17 Noyabr 2026
1225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.