Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
19.06.2020, 22:44
Sudan istifadə zərərli vərdişlərdən xilas olmağa kömək edir. Su orqanizmdən zərərli maddələri yuyub təmizləməklə yanaşı, siqaret çəkənlərin nikotindən asılılığına məruz qalmasının qarşısını alır.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Rusiya İctimai Səhiyyə Assosiasiyasının prezidenti, Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Demin "Sputnik" radiosuna verdiyi müsahibədə söyləyib.
Professor deyib: "Siqaret çəkənin su ilə dolu şüşə qabı əlinə götürməsi onun əlinə başqa əşya götürməsinə imkan verməyəcək. Siqaret çəkmək əlləri məşğul edir, buna görə də bir içim su onu müəyyən dərəcədə əvəz edə bilər".
O qeyd edib ki, su siqaretdən imtina edəndən sonra meydana gələn baş ağrılarından qurtulmağa da yardım göstərir. "Çox vaxt siqaretdən imtina etdikdən sonra ilk həftələrdə baş ağrılarından şikayətlənirlər, çünki bədəndə nikotin çatışmazlığı yaranır. Əlavə su qəbulu həmin ağrıların öhdəsindən gəlməyə imkan verir", - deyə professor bildirib.
Suyun siqaretdən imtina edəndən sonra çəki artımı ilə üzləşənlərə də kömək etdiyini vurğulayan Andrey Demin deyib: "Suyun istehlakı orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Həmin vaxt yüksək kalorili qazlı içkilərdən imtina etmək və adi su içmək lazımdır. Bundan başqa, yeməkdən əvvəl su içmək qidanın miqdarını məhdudlaşdıra bilər".
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.