Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
676
19.06.2020, 13:35
"Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Mediasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
"Mediasiya haqqında” qanun 2020-ci ilin iyulun 1-dən qüvvəyə minməli idi.
Lakin təklif edilən dəyişiklikdə qanunun 2021-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Mediasiya haqqında” qanunun 39-cu maddəsinə əsasən, 1 iyul 2020-ci il tarixindən etibarən iqtisadi, ailə, və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak nəzərdə tutulub. Mediasiya fəaliyyətinin təmin edilməsi ilə əlaqədar, o cümlədən bu müddəanın səmərəli şəkildə tətbiq edilməsi məqsədilə Mediasiya Şurasının idarə heyəti tərəfindən müvafiq tədbirlər görülür. Mediasiya Şurasının Nizamnaməsi bütün aidiyyəti qurumlarla razılaşdırılaraq cari il fevralın 12-də "Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxs təsis edilib, fevralın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, Ədliyyə Akademiyasında mübahisələrin alternativ həlli üzrə təlimçilərin təlimi keçirilib. Eyni zamanda Mediasiya Şuranın müvafiq qərarları ilə Ədliyyə Nazirlyinin Ədliyyə Akademiyası mediasiya təlimi qurumu kimi Mediasiya Şurasının üzvlüyünə qəbul edilib. Nazirlər Kabineti 2019-cu il 5 sentyabr qərarı ilə təsdiq edilmiş "Mediatiorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”na uyğun olaraq mediator olmaq istəyən şəxslər üçün sənəd qəbulu başlayıb və ilk təlim 10 mart 2020-ci il tarixinə təyin edilib. Lakin ölkədə COVİD-19 koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən təlimlərin keçirilməsi təxirə salınıb. Ailə, əmək və kommersiya mübahisələri üzrə mediasiya işlərini aparmaq üçün ən azı 300 mediatorun hazırlanması tələb edildiyini və qanunvericiliyə uyğun olaraq bir mediasiya təlimində maksimal 15 nəfərin iştirak edə biləcəyini nəzərə alaraq, bu şərtlər daxilində 1 iyul 2020-ci il tarixinədək "Mediasiya haqqında” qanunun tələblərinə cavab verən mediasiya sisteminin qurulması qeyri-mümkün olub. Qeyd edilənlərin və vaxt məhdudiyyətini nəzərə alaraq, "Mediasiya haqqında” qanunun ilkin mediasiya sessiyalarında məcburi iştirakı nəzərdə tutulan müddəalarının qüvvəyə minmə tarixinin 1 yanvar 2021-ci il tarixinədək təxirə salınması məqsədəuyğun sayılır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.