Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA
13 May 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
746
18.06.2020, 20:58
Koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə metrodan istifadə edən sərnişinlər arasında profilaktik tədbirlər keçirilib.
Bakı şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Bakı metropoliteninin ayrı-ayrı stansiyalarında sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şərnişinlər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Metropolitenində polis şöbəsinin və inzibati ərazilərdə xidmətə cəlb olunan əməkdaşlardan ibarət naryad qrupları stansiyaların girişlərində, platformalarında, mövcud preventiv tədbirlərə əməl etməyən şəxslərlə profilaktiki söhbətlər aparıblar. Diqqətə çatdırılıb ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə hər bir hərəkət iştirakçısı sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən - tibbi maskalardan istifadə etməlidir. Nəzərlərinə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Üzərində maskası olmayan sərnişinlərə maskalar paylanılıb, maskadan düzgün istifadə etməyən, polis gördükdə dərhal "maskadan istifadə edirəm, maskam var" deyən şəxslərə koronavirus infeksiyasının fəsadları izah olunub.
Profilaktiki tədbirlər davam etdirilir.
Qeyd edək ki, qanunvericiliyə görə, qapalı məkanlarda maska taxmaq məcburidir. Maska taxmaq tələbini pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimə tətbiq olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.




00:19 / 13 May 2026
3
00:05 / 13 May 2026
124
00:02 / 13 May 2026
68
23:59 / 12 May 2026
2071
23:54 / 12 May 2026
327
23:50 / 12 May 2026
157
23:43 / 12 May 2026
271
23:40 / 12 May 2026
63
23:31 / 12 May 2026
62
23:27 / 12 May 2026
59
23:25 / 12 May 2026
58
23:22 / 12 May 2026
74
22:47 / 12 May 2026
149
22:38 / 12 May 2026
87
22:20 / 12 May 2026
78
21:59 / 12 May 2026
89
21:54 / 12 May 2026
95
21:37 / 12 May 2026
110
21:15 / 12 May 2026
100
20:55 / 12 May 2026
89
20:44 / 12 May 2026
182
20:42 / 12 May 2026
94
20:39 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.