Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
18 Noyabr 2026, 08:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
478
18.06.2020, 18:02
"Ciddi sərtləşdirilmiş karantin tədbirləri ya davamlı, ya da aralıqlı tətbiq edilə bilər".
Oxu24.com xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, davamlı karantin tədbirləri 2-3 ay və ya daha uzun müddətə davam edə bilər: "Əlbəttə ki, bunun özünün sosial, tibbi və iqtisadi fəsadları var. Aralıqlı karantin tədbirləri zamanı isə ölkə, şəhər və ya qəsəbə müəyyən müddətə, 3 həftəlik və ya 1 aylıq bağlanır. Sonradan yumşaldılma aparılır. Daha sonra vəziyyət yenidən qiymətləndirilir. Artım yenə olarsa, növbəti dəfə bir aylıq bağlanılır və yumşaldılır".
Nabil Seyidov daha sonra bildirib ki, sərt tədbirlərin daha bir növü müvəqqəti qısa müddətli karantindir: "Bu, Azərbaycanda tətbiq olunan iki günlük, digər ölkələrdə isə tətbiq olunan üç-dörd günlük sərt karantin tədbirləridir. Burada məqsəd budur ki, yoluxma halları kəskin artmasın. Artım nisbətən olsa da, rəqəmlər pik həddə çatmasın.
Bütün tədqiqatlar göstərir ki, bu tip qadağalar kəskin yoluxma halının qarşısını almağa köməklik göstərir. Bu yolla reanimasiya və xəstəxana çarpayıları həddindən artıq dolmasın"
10:01 / 18 Noyabr 2026
13
09:11 / 18 Noyabr 2026
60
08:32 / 18 Noyabr 2026
78
00:38 / 18 Noyabr 2026
158
23:54 / 17 Noyabr 2026
161
23:36 / 17 Noyabr 2026
170
23:10 / 17 Noyabr 2026
160
23:03 / 17 Noyabr 2026
322
22:45 / 17 Noyabr 2026
181
22:22 / 17 Noyabr 2026
161
22:08 / 17 Noyabr 2026
395
21:51 / 17 Noyabr 2026
157
21:38 / 17 Noyabr 2026
168
21:20 / 17 Noyabr 2026
166
21:11 / 17 Noyabr 2026
167
20:45 / 17 Noyabr 2026
160
20:39 / 17 Noyabr 2026
231
20:23 / 17 Noyabr 2026
200
20:12 / 17 Noyabr 2026
246
19:59 / 17 Noyabr 2026
174
19:51 / 17 Noyabr 2026
178
19:40 / 17 Noyabr 2026
343
19:39 / 17 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.