Azərbaycan nefti bahalaşıb
18 Noyabr 2026, 10:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
921
16.06.2020, 22:11
Xəbər verdiyimiz kimi Azərbaycanda pandemiyaya görə karantin rejim iyulun 1-nə kimi uzadılıb. Son həftə gün ərzində koronavirusa yoluxanların sayı 350-dən çox olur. Məhz buna görə karantin rejimin yenidən uzadılacağı ehtimalını ortaya çıxarır. İnsanları narahat edən məsələ toylara edilən qadağanın uzadılmasıdır. Müəyyən məhdudiyyətlər qoyulmaqla toylara icazə verilə bilərmi?
Pravda.az-ın xəbərinə görə, bununla bağlı danışan deputat Nəsib Məhəməliyev bildirib ki, koronovirus pandemiyası başlanan andan ölkə ərazisində bütün kütləvi tədbirlər ləğv olundu: "O cümlədən toy şənlikləri. Təbii olaraq ölkədə minlərlə gənc pandemiyanın qurtarmasını və həyatlarının ən yadda qalan hadisəsi olan toy mərasimlərini səbrsizliklə gözləyirlər. Nə qədər ki, virusa qarşı vaksin tapılmayıb və yoluxma halları davam edir, məhdudiyyətlər aradan qaldırılmayacaq. Düşünürəm ki, bu sahədə də mütəxəssislər tərəfindən karantin rejimi qaydalarının sərt şəkildə tətbiq edilməsi şərtilə əsasnamə hazırlana bilər. Məsələn; toyda iştirak edən qonaqların sayının 50-60 nəfərdən çox olmaması, qonaqlar arasında sosial məsafənin stol arxasında və rəqs meydançasında 1,5- 2 metrdən çox olması, qidanın hazırlanması və verilməsinə ixtisaslaşmış insanların cəlb olunması, toy şənliyinin müəyyən saat çərçivəsində başlanıb yekunlaşması, toyun keçirildiyi obyekt sahibindən yazılı şəkildə gigiyenik qaydalara riayət ediləcəyi, qonaqların koronovirusa yoluxmasının qarşısını alacağı barədə öhdəlik götürməli olduğu halda, icazə verilməsi doğru olardı. Etiraf etməliyəm ki, gündən-günə virusa yoluxanların sayının artması, ümumiyyətlə yaxın vaxtlarda kütləvi toy şənliklərinin keçirilməsini mümkün etsin. Ona görə də, hesab edirəm ki, əvvəldən toy planlaşdıran gənclər, çox məhdud şəkildə ailə üzvləri ilə birlikdə evlilik planlarını həyata keçirsinlər. Xoşbəxtlik 500-600 nəfər adamı bir araya gətirərək, tam-təraqlı məclislər keçirməklə olmur. Xoşbəxtlik iki bir birini sevən gəncin harmonik həyat yaşamaqları ilə olur. Heç kim bilmir, koronovirus nə vaxt yox olacaq. Ona görə də, insan həyatının xoşbəxt olması üçün o qədər də əhəmiyyətli olmayan məsələlərə görə, həyatın qanunauyğunluqlarının əleyhinə getmək, ləngitmək olmaz".
10:21 / 18 Noyabr 2026
1
10:18 / 18 Noyabr 2026
21
10:14 / 18 Noyabr 2026
30
10:01 / 18 Noyabr 2026
60
09:11 / 18 Noyabr 2026
80
08:32 / 18 Noyabr 2026
99
00:38 / 18 Noyabr 2026
160
23:54 / 17 Noyabr 2026
163
23:36 / 17 Noyabr 2026
180
23:10 / 17 Noyabr 2026
174
23:03 / 17 Noyabr 2026
335
22:45 / 17 Noyabr 2026
197
22:22 / 17 Noyabr 2026
169
22:08 / 17 Noyabr 2026
411
21:51 / 17 Noyabr 2026
159
21:38 / 17 Noyabr 2026
171
21:20 / 17 Noyabr 2026
167
21:11 / 17 Noyabr 2026
168
20:45 / 17 Noyabr 2026
160
20:39 / 17 Noyabr 2026
231
20:23 / 17 Noyabr 2026
200
20:12 / 17 Noyabr 2026
246
19:59 / 17 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.